İrana məxsus olmayan ilk tanker Hörmüzü keçib
Karaçi neft tankeri Hörmüz boğazından keçən ilk qeyri- İran gəmisi olub. Pakistan bayrağı altında üzən tanker Birləşmiş Ərəb Əmirliklərində yüklənmiş xam neft daşıyır. O, boğazdan keçərkən AIS izləmə siqnalını yayıb. Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bu boğazda gəmilərin hərəkəti kəskin azalıb.

237 metrlik tanker martın 15-də UTC vaxtı ilə saat 11:33-də İranın eksklüziv
iqtisadi zonasına daxil olub, təxminən üç saat sonra boğazı keçərək Oman körfəzinə doğru irəliləyib. Bunu MarineTraffic gəmi izləmə platformasından əldə olunan dataya əsasən demək olar.

Bu tranzitin uğurla tamamlanması onu göstərir ki, danışıqlar yolu ilə bəzi kommersiya yüklərinə Hörmüzdən təhlükəsiz keçməyə icazə verilir.

İranın xarici işlər naziri Abbas Əraqçi martın 15-də CBS-ə müsahibəsində deyib ki, Tehran Vaşinqtonla danışıqlar aparmaq istəmir, amma Hörmüzdən təhlükəsiz keçidlə bağlı digər ölkələrlə danışıqlara açıqdır. O, artıq bir neçə ölkənin əlaqə saxladığını əlavə edib.

İran daha öncə bəzi gəmilərin boğazdan keçməsinə icazə verə biləcəyinə, ABŞ və ya İsraillə əlaqəli gəmilərim hərəkətini məhdudlaşdıracağına eyham vurub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google