Milli Qida Agentliyinin Sameqrelo və İmereti departamentlərinin
nümayəndələri tərəfindən aparılan plandankənar
yoxlamalar nəticəsində qeyri-qanuni heyvan kəsim məntəqələri aşkar
edilib.
Agentliyin məlumatına görə, Abaşada fiziki şəxs J.S. qurum
tərəfindən verilən məcburi fəaliyyət icazəsi olmadan, təkrar
şəkildə iribuynuzlu mal-qaranı satış məqsədilə kəsib. Qeyri-qanuni
fəaliyyət həmçinin Tercola və Zestafonidə də müəyyən edilib. Burada
fərdi sahibkar Q.Z. və fiziki şəxs S.M.
baytarlıq nəzarəti olmadan
heyvan kəsimi həyata keçiriblər.
Hər iki obyektdə ciddi uyğunsuzluqlar aşkarlanıb. Tercoladakı
qeyri-qanuni kəsim məntəqəsində 70 kiloqramdan artıq donuz və
iribuynuzlu heyvan əti, Zestafonidə isə 8 kiloqram dovşan əti
möhürlənib.
Fərdi sahibkar və fiziki şəxslər cərimələnib, istehsal prosesi isə
bütün uyğunsuzluqlar aradan qaldırılanadək dayandırılıb. Məhsullar
qanunvericiliyə uyğun şəkildə möhürlənib.
Milli Qida Agentliyi bildirir ki, baytarlıq nəzarəti olmadan heyvan
kəsimi insan sağlamlığı və həyatı üçün təhlükə yaradır, eyni
zamanda zoonoz xəstəliklərin, o cümlədən qarayara və brusellyozun
yayılması riskini artırır.
Qurum vətəndaşları heyvanların qeyri-rəsmi və kustar şəraitdə
kəsilməsindən çəkinməyə çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.