Bu gün Gürcüstanda Novruz bayramının sonuncu, yəni İlaxır
çərşənbəsi qeyd olunur.
Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə
sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi tanınır.
Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur
ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək
əsir, hava təzələnir və yenilənir. Beləliklə, su,
od və yel
birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da
oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır,
yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır
olur.
Gürcüstanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından
daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına
çıxırlar. Uşaqlar qapı-qapı düşüb
“papaqatma”
mərasimini icra edirlər. Papaq atılandan sonra gizlənirlər. Bunun
da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın
nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng
boyanması fəsillərə işarədir.
Ağ rəng qışın, sarı rəng
payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın
rəmzidir.
Qeyd edək ki, Novruz bayramı axşamı martın 21-də qeyd olunacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.