Bu gündən Avropaya səyahət qaydaları dəyişir: EES sistemi haqqında nələri bilməlisiniz?
Bu gündən etibarən Şengen zonasının 29 ölkəsinin xarici sərhədlərində tam avtomatlaşdırılmış Giriş/Çıxış Sistemi (The Entry/Exit System - EES) fəaliyyətə başlayır.

Avropa İttifaqı aylarla davam edən mərhələli keçid dövrünü başa vurdu və 29 ölkədən ibarət Şengen zonasının bütün xarici sərhədlərində yeni avtomatlaşdırılmış EES sistemini tətbiq edir.

EES pasport möhürlərini rəqəmsal qeydiyyatla əvəz etmək üçün yaradılıb və Avropa İttifaqına
üzv olmayan ölkələrdən gələn bütün sərnişinlərə, o cümlədən turistlərə, iş adamlarına və tranzit keçən sərnişinlərə birbaşa şamil olunur.

Sistem necə işləyir və nələr tələb olunur?
Sistemin təxminən 10 illik inkişaf mərhələsindən və 12 oktyabr 2025-ci ildən başlayan altı aylıq sınaq müddətindən sonra, Avropa İttifaqı bu gündən — 10 aprel 2026-cı il tarixdən etibarən onun tam tətbiqinə hazırdır.

Üçüncü ölkələrdən gələn səyahətçilər Şengen zonasının 29 ölkəsindən hər hansı birinə ilk giriş zamanı biometrik məlumatlarını təqdim etməlidirlər. Bura üz təsviri (foto) və dörd barmaq izi daxildir. 12 yaşınadək uşaqlar barmaq izi verməkdən azaddırlar.

Bu məlumatlar səyahət sənədlərindən götürülən informasiya ilə birlikdə sistemdə üç il ərzində saxlanılacaq. Biometrik məlumatları təqdim etməkdən imtina edən şəxslərin Avropa İttifaqına girişi avtomatik olaraq bloklanacaq.

Ənənəvi pasport möhürü əvəzinə sənəd elektron köşkdə (kiosk) skan edilməlidir və hər bir sərhəd keçidi vahid EU-LISA məlumat bazasında qeyd olunacaq. Prosedur belədir:
  1. Səyahətçi köşka yaxınlaşır və pasportunu ekranda göstərildiyi kimi yerləşdirir.
  2. Sistem şəxsin əvvəllər qeydiyyatdan keçib-keçmədiyini yoxlayır.
  3. Əgər qeydiyyat yoxdursa, barmaq izi və üz təsviri tələb olunur. Qeydiyyat artıq varsa, yalnız üz biometriyası kifayətdir.
  4. Daha sonra səyahətçi sərhəd nəzarəti zabitinə və ya elektron qapıya yönləndirilir ki, səfər məqsədi barədə əlavə müsahibə keçsin.
90/180 gün qaydasına ciddi nəzarət
Turistlər və iş adamları üçün ən vacib yenilik “90/180 gün qaydası” üzərində avtomatik nəzarətin qurulmasıdır. Bu qaydaya görə, Şengen zonasında istənilən 180 günlük dövr ərzində maksimum 90 gün qalmaq olar. Sistem real vaxt rejimində səyahətçinin Avropada qaldığı hər günü izləyir.

Müddətin hər hansı bir gün belə aşılması dərhal qeydə alınacaq və bu, avtomatik olaraq cərimələrə və ya Şengen ölkələrinə girişin bir neçə illik qadağan edilməsinə səbəb olacaq. Bu pozuntu barədə məlumat 29 ölkənin hər birinin sərhədçisi üçün görünən olacaq.

Sınaq dövrünün nəticələri
Sistemin tam işə düşmədiyi 10 aprelə qədərki mərhələli tətbiq dövründə artıq böyük nəticələr əldə edilib. Avropa Komissiyasının məlumatına görə, 2025-ci ilin oktyabrından bəri 45 milyondan çox sərhəd keçidi qeydə alınıb. Müddəti keçmiş və ya saxta sənədlər, habelə səfər məqsədinin kifayət qədər əsaslandırılmaması səbəbindən 24 000-dən çox insana girişə icazə verilməyib.

Daha 600-dən çox səyahətçi isə Avropanın təhlükəsizliyi üçün riskli şəxs kimi müəyyən edilib. Giriş qadağası ilə yanaşı, bu şəxslərin məlumatları sistemdə həmişəlik qalır və Şengen zonasına növbəti hər hansı daxil olma cəhdi zamanı "qara siyahı" kimi istifadə olunacaq.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google