Gürcüstanda 372 477 nəfər borcunu ödəyə bilmir və "qara siyahı"dadır
Gürcüstanda faktiki olaraq hər iki nəfərdən birinin maliyyə sektoruna borcu var, hər onuncu vətəndaş isə ödənişləri gecikdirir. Bunu "Kreditinfo Georgia"nın 2026-cı ilin mart ayı üçün olan son statistik məlumatları sübut edir.

Həmin məlumatlara görə, əhalinin 10.1%-ində kreditlər üzrə vaxtı keçmiş ödənişlər qeydə alınır.

Daha konkret desək, 2026-cı il 31 mart tarixinə olan vəziyyətə görə, Gürcüstanda
1 984 700 vətəndaşın maliyyə sektoruna borcu var ki, onlardan 372 477 nəfərin ödənişi 30 gündən çox gecikdirdiyi müəyyən edilib. Bu göstərici "Sakstat"ın ölkə əhalisinin sayının 3 704 506 nəfər təşkil etdiyi barədə son məlumatları fonunda qeydə alınıb. Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda kredit ödənişini 30 gündən çox gecikdirən fiziki şəxslərin sayı son bir il ərzində 7068 nəfər artıb, bir ay ərzində isə 1182 nəfər azalıb.

Belə ki, əgər "Kreditinfo"nun 2026-cı il mart ayı məlumatlarına görə "qara siyahı"da 372 477 nəfər var idisə, fevralın sonunda bu rəqəm 373 659 idi. 2025-ci ilin mart ayında isə kredit ödənişini 30 gündən çox gecikdirən şəxslərin sayı 365 409 nəfər təşkil edirdi.

Bununla yanaşı, 2026-cı il 31 mart tarixinə olan vəziyyətə görə, krediti ödəyə bilməyən borcluların 101 026 nəfəri kommersiya banklarının müştərisidir; 301 330 nəfər Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə təşkilatları, kredit verən subyektlər), 4 548 nəfər isə digər növ təşkilatların (tikinti şirkətləri, distribütorlar, lizinq şirkətləri və s.) kreditorudur.

Gecikdirilmiş kreditlər üzrə qalıq ümumi öhdəliyə gəldikdə isə, 2026-cı il 31 mart tarixinə olan məlumata görə, qalıq məbləğ 2 933 milyard lariyə çatır ki, bu da maliyyə sektoru tərəfindən verilmiş ümumi kreditlərin 3.8%-ni təşkil edir.

Məlumat üçün bildirək ki, "Kreditinfo Georgia"nın statistikasına əsasən, 2026-cı il 31 mart tarixinə Gürcüstanda 1 984 700 nəfərin maliyyə borcu var və kreditlərin ümumi həcmi 77 242 581 731 lari təşkil edir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google