ABŞ İraqı İrana bağlı qrupların hücumlarının qarşısını almağa çağırır
Bağdadda ABŞ-nin əsas diplomatik obyektinə dron zərbəsindən və ABŞ diplomatlarına qarşı pusqudan sonra İraqın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.

Departamentin məlumatına görə, dövlət katibinin müavini Kristofer Landau aprelin 9-da İraqın səfiri Nizar Xeyrullanı çağırıb. İranla əlaqəli silahlı qrupların İraq ərazisindən ABŞ diplomatik heyətinə və obyektlərinə "ağır terror hücumları" qəti şəkildə pislənilib. Aprelin 8-də Bağdadda ABŞ diplomatlarına
qarşı pusqu da bu hücumlar sırasındadır.

Bağdaddakı ABŞ səfirliyi daha öncə bildirmişdi ki, İranla əlaqəli olduğunu iddia etdiyi silahlı qrup Bağdad Diplomatik Dəstək Mərkəzi və Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə dron hücumu həyata keçirib.

K.Landau İraq təhlükəsizlik qüvvələrinin cavab tədbirləri gördüyünü etiraf edib, amma İraq hökumətinin bu hücumların qarşısını ala bilmədiyini vurğulayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google