2026-cı il 9 aprel tarixində Ermənistanda rəsmi olaraq
Estoniyanın səfirliyi açılıb; həmin diplomatik nümayəndəlikdə
bundan əvvəl Gürcüstanda fəaliyyət göstərən səfir işini davam
etdirir.
O, 2026-cı ilin mart ayında Yerevana köçürülüb.
Səfirliyin açılış mərasimi 9 aprel, cümə axşamı Estoniyanın xarici
işlər naziri Margus Tsahknanın səfəri çərçivəsində baş tutub.
Nazir Ermənistana gəldikdən sonra onu həmkarı Ararat Mirzoyan,
prezident
Vahaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan
qəbul ediblər.
Açılış mərasimində hər iki ölkənin xarici işlər nazirləri və
Estoniyanın Ermənistandakı səfiri iştirak edib.
“Sizi dəstəkləmək istəyirik”
Estoniyanın xarici işlər naziri bildirib: “Deyə bilərəm ki, bu il
həqiqətən tarixi ildir – Estoniya kimi kiçik bir ölkə görür ki,
xüsusilə Avropada bəzi ölkələr səfirliklərini bağlayır, biz isə beş
yeni səfirlik açırıq. Onların arasında Ermənistan Respublikasındakı
ilk Estoniya səfirliyi də var”.
“Görürəm ki, siz Ermənistanı sülhə, Avropa dəyərlərinə
və rifaha doğru aparırsınız və biz sizin dostunuz olmaq
istəyirik... biz sizi dəstəkləmək istəyirik, o cümlədən ən yüksək
səviyyədə”, – deyə o qeyd edib.
“Yeni səfirimiz var, o, indiyə qədər əla iş görüb və
gələcəkdə daha çox iş görəcək”, – deyə nazir səfir
Marge Mardisalu-Kahar haqqında danışarkən bildirib.
Səfir Tbilisidən Yerevana köçürülüb
Məhz Marge Mardisalu-Kahar 2024-cü ildən Tbilisidə fəaliyyət
göstərirdi, lakin 10 mart 2026-cı ildən etibarən Yerevana
köçürülüb.
Tbilisidə Estoniyanın diplomatik missiyasına hazırda müvəqqəti
işlər vəkili Gita Kalmet rəhbərlik edir. O, 9 aprel memorialına
digər ölkələrin diplomatik nümayəndələri ilə birlikdə gül
qoyub.
Səfirin Ermənistana köçürüləcəyi barədə məlumat Estoniyanın ictimai
yayımçısı tərəfindən 13 fevral 2026-cı ildə yayılıb.
Həmin mənbəyə görə, bu addım Estoniya ilə Gürcüstan hökumətləri
arasında “münasibətlərin soyuması” və “Ermənistanla əlaqələrin
aktivləşdirilməsi” ilə izah olunur.
Tbilisidən getməzdən əvvəl səfir bildirib:
“Əgər soruşursunuzsa ki, mənim getməyim
Estoniya–Gürcüstan münasibətlərini əks etdirirmi – bəli, əks
etdirir. Bunu gizlədə bilmərəm. Diplomatiya belə
işləyir”.
Kontekst
O, həmçinin dəqiqləşdirib ki, Estoniya Gürcüstandakı səfirliyini
bağlamır:
“Burada çox yaxşı komandamız var və səfirliyin işinə müvəqqəti
işlər vəkili rəhbərlik edəcək. Tallində diplomatik siyahıya
baxsanız görərsiniz ki, Gürcüstanın da Tallində səfirliyinə
müvəqqəti işlər vəkili rəhbərlik edir. Vəziyyət
belədir”, – deyə o qeyd edib.
“Gürcü Arzusu” hökumətinin xarici işlər naziri Maka Boçorişvili bu
addıma 14 fevralda belə reaksiya verib: “Səfirlərin bir vəzifədən
digərinə keçirilməsində qeyri-adi heç nə yoxdur, əgər Estoniya
tərəfi buna xüsusi məna vermirsə”.
2024-cü il Parlament seçkilərindən, “Gürcü Arzusu”nun
Avrointeqrasiya ilə bağlı bəyanatından və sonrakı etiraz
aksiyalarının dağıdılmasından sonra Estoniya hakimiyyəti bir neçə
onlarla yüksək vəzifəli şəxsə viza sanksiyaları tətbiq edib.
“Zorakılığa, siyasi ədalətsizliyə və qeyri-proporsional
cəzalara demokratiyada yer yoxdur. Estoniya Gürcüstanın vətəndaş
cəmiyyətinin, müstəqil medianın və öz ləyaqəti, hüquqları və Avropa
gələcəyi uğrunda mübarizə aparan xalqın yanında qalır”,
– Tallinin mövqeyi belədir.
Tbilisi isə öz növbəsində hökumətə tənqidi yanaşan bir neçə
təşkilatın Estoniyada qeydiyyatdan keçməsindən sonra Estoniyanı
“gürcü xalqı və hökumətindən xəbərsiz siyasətə pul yatırmaqda”
ittiham edir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.