Ukrayna hərbçiləri Yaxın Şərqdə İran istehsalı olan "Şahed"
dronlarını vurublar.
Bu açıqlama ilə Ukrayna prezidenti Volodimir Zelenski çıxış
edib.
Prezident X platformasında yazıb:
"Biz hərbi
ekspertlərimizi, tutucu-dronlar və elektron müharibə üzrə
mütəxəssisləri Yaxın Şərqə göndərdik. Bəzi ölkələrə tutucularla
necə işləməyi göstərdik. İran "Şahed"lərini məhv etdikmi? Bəli,
etdik. Bunu yalnız bir ölkədəmi etdik? Xeyr, bir neçə ölkədə.
Məncə, bu uğurdur".
Zelenski martın sonlarında Yaxın Şərqə səfəri zamanı Ukraynanın
qabaqcıl dron və antidron texnologiyalarını Körfəz ərəb ölkələrinə
təqdim edib. ABŞ və İsrailin İranla müharibəsində İran dronları
dəfələrlə bu ölkələrin hava məkanını pozub.
Ukrayna Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri
ilə uzunmüddətli təhlükəsizlik və müdafiə əməkdaşlığı sazişləri də
imzalayıb.
Zelenski Ukrayna reaktiv mühərrikli dronları da vurduğunu əlavə
edib. Əksər "Şahed" dronları pərli mühərriklə işləyir.
"İndi reaktiv mühərrikli dronları məhv edəcək
tutucu-dronların kütləvi istehsalına başlamağımız sadəcə zaman
məsələsidir", – Zelenski vurğulayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.