Zelenski: Ukrayna Yaxın Şərqdə İran dronlarını vurub
Ukrayna hərbçiləri Yaxın Şərqdə İran istehsalı olan "Şahed" dronlarını vurublar. Bu açıqlama ilə Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.

Prezident X platformasında yazıb: "Biz hərbi ekspertlərimizi, tutucu-dronlar və elektron müharibə üzrə mütəxəssisləri Yaxın Şərqə göndərdik. Bəzi ölkələrə tutucularla necə işləməyi göstərdik. İran "Şahed"lərini məhv etdikmi? Bəli, etdik. Bunu yalnız bir ölkədəmi etdik? Xeyr, bir neçə ölkədə. Məncə, bu
uğurdur".


Zelenski martın sonlarında Yaxın Şərqə səfəri zamanı Ukraynanın qabaqcıl dron və antidron texnologiyalarını Körfəz ərəb ölkələrinə təqdim edib. ABŞ və İsrailin İranla müharibəsində İran dronları dəfələrlə bu ölkələrin hava məkanını pozub.

Ukrayna Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə uzunmüddətli təhlükəsizlik və müdafiə əməkdaşlığı sazişləri də imzalayıb.

Zelenski Ukrayna reaktiv mühərrikli dronları da vurduğunu əlavə edib. Əksər "Şahed" dronları pərli mühərriklə işləyir.

"İndi reaktiv mühərrikli dronları məhv edəcək tutucu-dronların kütləvi istehsalına başlamağımız sadəcə zaman məsələsidir", – Zelenski vurğulayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google