Vitse-prezident Cey Di Vens bildirib ki, ABŞ və İran Pakistandakı
danışıqlarda razılığa gələ bilməyiblər.
"Razılaşma əldə olunmadığı üçün Birləşmiş Ştatlara
qayıdırıq", - o deyib.
Vensin sözlərinə görə, Vaşinqton İrana "ən yaxşı" son təklifini
edib, Tehran isə hələ ki, bunu qəbul etməyib və bu,
"İran üçün pis xəbərdir".
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl
Bəqai 21 saat
davam edən danışıqları "gərgin" adlandırıb.
"İki və ya
üç vacib məsələdə fikir ayrılıqları var", - o
bildirib. Vurğulayıb ki, müzakirələr inamsızlıq və şübhə mühitində
keçib, heç kim tək bir görüşdə razılığa gəlinəcəyini
gözləmirdi.
"Fars" agentliyinin məlumatına görə, İran Hörmüz boğazı və nüvə
enerjisi ilə bağlı ABŞ-nin irəli sürdüyü şərtlərlə razılaşmayıb.
Tehran Hörmüz üzərində nəzarəti əldə saxlamaqda israrlıdır və
zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəmir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.