İsrailin baş naziri Binyamin Netanyahu aprelin 12-də Livanın
cənubuna səfər edib.
O, İranın müttəfiqi "Hizbullah" silahlı qruplaşmasına qarşı hərbi
əməliyyatların davam edəcəyini bildirib. Bu açıqlama beynəlxalq
atəşkəs çağırışları fonunda səslənib.
"Livanda təhlükəsizlik zonasında belə müharibə davam
edir", – Netanyahu ofisinin yaydığı videoda
deyib.
O, Livanın cənubuna müdafiə naziri İsrael Kats və Baş Qərargah
rəisi Eyal Zamir ilə
birlikdə gedib. Ancaq dəqiq harada olduqları
açıqlanmayıb.
"Gördüyümüz odur ki, bu təhlükəsizlik zonası vasitəsilə
Livandan mümkün hücumun qarşısını almışıq. Görüləsi hələ çox iş var
və bunu edirik", – o bildirib.
Aprelin 14-də ABŞ, Livan və İsrail rəsmilərinin Vaşinqtonda birbaşa
danışıqları planlaşdırılır.
Fevralın 28-də münaqişənin ilk günündə ABŞ-İsrailin hava zərbələri
İranın ali liderini qətlə yetirəndən sonra İranla müttəfiq
"Hizbullah" İsrailə raketlər atıb. Bununla Livan istəmədən Yaxın
Şərq müharibəsinə cəlb olunub.
İsrail və ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır.
Livanın baş naziri Nəvaf Salam isə İsrail-"Hizbullah" münaqişəsini
dayandırmağa çalışdığını bildirib.
"Bu müharibəni dayandırmaq və İsrail qoşunlarının bütün
torpaqlarımızdan çıxmasını təmin etmək üçün işi davam
etdirəcəyik", – Salam televiziya müraciətində
deyib.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, müharibədə 2 min
50-dən çox ölən olub, onların arasında 165 uşaq və 80-dən çox
səhiyyə işçisi var.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.