İran ötən il rekord sayda – 1639 nəfəri edam edib
İran hakimiyyəti 2025-ci ildə ən azı 1639 nəfəri edam edib. Bu, 1989-cu ildən bəri ən yüksək illik göstəricidir. İki qeyri-hökumət təşkilatı xəbərdarlıq edib ki, yanvar etirazları, həmçinin İsrail və ABŞ ilə müharibədən sonra rejim ölüm hökmünün tətbiqini daha da genişləndirə bilər.

Aprelin 13-də Norveçdə "Iran Human Rights" (IHR) və Parisdə "Together Against the Death Penalty"
(ECPM) təşkilatları birgə illik hesabat yayıb. Bildirilib ki, edamların sayı 2024-cü ildəki 975 nəfərlə müqayisədə 68 faiz artıb. Edam edilənlər arasında asılaraq öldürülən 48 qadın da var.

İranda yanvardakı kütləvi etirazlar amansızlıqla yatırılıb. ABŞ-də yerləşən HRANA insan haqları monitorinq təşkilatı etirazlarda təxminən 7 min nəfərin öldürüldüyünü təsdiqləyib, daha çox insanın həbs edildiyi açıqlanıb.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələri başlayandan 1500-dən çox mülki şəxs həyatını itirib. Bunu da HRANA bildirir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google