Macarıstanda keçirilən parlament seçkilərində qələbə qazanan "Tisa"
partiyasının sədri Peter Madyar ilk səfərini Varşavaya edəcəyini
deyib.
Polşa baş naziri Donald Tusk ona güclü dəstək vermişdi.
O, daha sonra Aİ maliyyəsinin buraxılması üçün Vyana və Brüsselə
gedəcəyini açıqlayıb.
Amerikalı veteran diplomat Daniel Frid Macarıstanda seçkinin
nəticəsini "çox böyük iş" adlandırıb, bunun Avropada və digər
yerlərdə avtoritar tendensiyalara qarşı böyük təkan olduğunu
deyib.
"Viktor Orbanın məğlubiyyəti qəbul etməsi göstərir ki, bu,
müxalifətin istədiyi və Macarıstanda demokratiya tərəfdarlarının
arzuladığı, ancaq baş verənədək heç kimin gözləmədiyi miqyasda bir
qələbədir", – o vurğulayıb.
Bu seçkinin nəticəsini Aİ-nin 27 üzvü diqqətlə izləyirdi. Çünki
Budapeştin blokda bir çox ölkələrlə münasibətləri problemlidir.
Nəticə Vaşinqton və Moskva üçün də əhəmiyyətlidir, hər iki tərəfin
son 16 ildə hakimiyyətdə olan Orbanla güclü əlaqələri var.
"Macarıstan Avropanı seçdi. Avropa isə həmişə Macarıstanı seçib.
Bir ölkə öz Avropa yoluna qayıdır", – Orban
məğlubiyyətini qəbul edəndən az sonra Avropa Komissiyasının
prezidenti Ursula fon der Lyayen bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Madyarı "inandırıcı qələbə"
münasibətilə təbrik edib. "Konstruktiv yanaşma qalib gələndə bu,
çox önəmlidir", – o, Telegram-da yazıb.
Orban hökuməti 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı
hücumundan sonra Rusiyaya
qarşı sanksiyalarla bağlı bir çox
qərarların qəbulunu ya bloklayıb, ya da zəiflədib. O, Aİ-nin
Ukraynaya bəzi dəstəyini də önləyib.
Yaxınlarda o, 2026 və 2027-ci illərdə Kiyevə ayrılması nəzərdə
tutulan 90 milyard avroluq (105 milyard dollar) krediti dayandırıb.
Aİ liderləri 2025-ci ilin dekabrında bununla bağlı ilkin razılaşma
əldə etmişdilər.
Ötən ay Macarıstan polisi Avstriyadan Ukraynaya gedən yeddi
ukraynalını saxlayıb, 80 milyon dollardan çox nağd pul və 9
kiloqram qızıl külçə daşıyan iki furqonu müsadirə edib. Bu addımdan
öncə Orban Ukraynanı "Drujba" boru kəməri vasitəsilə Rusiya
neftinin tədarükünü dayandırmaqda suçlayıb. Ukrayna isə bildirir
ki, Rusiyanın zərbələri boru kəmərini zədələyib və təmir vaxt tələb
edir.
Rusiyaya sızdırılan telefon zəngləri
Bütün bu sadalananlar seçki kampaniyasına təsir göstərib. Üstəlik,
Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə bağlı telefon
danışıqları da sızdırılıb. Bu danışıqlarda onun rusiyalı həmkarı
Sergey Lavrovu Aİ-də yüksəksəviyyəli görüşlər barədə
məlumatlandırdığı görünürdü.
Macarıstanın xarici işlər naziri əvvəlcə təkzib etsə də, sonradan
danışıqların baş verdiyini təsdiqləyib. O deyib ki, Aİ
görüşlərindən əvvəl və sonra təkcə Rusiya ilə deyil, İsrail,
Serbiya, Türkiyə və ABŞ-dən olan həmkarları ilə danışır.
"Fransa demokratik iştirakın qələbəsini, Macarıstan
xalqının Avropa İttifaqı dəyərlərinə bağlılığını və Macarıstanın
Avropadakı yerini alqışlayır", – Fransa prezidenti
Emmanuel Makron Madyarı qələbə münasibətilə təbrik edəndən sonra
bildirib.
Madyar seçki kampaniyasında, əsasən, daxili məsələlərə, xüsusilə
korrupsiyaya qarşı mübarizəyə fokuslanıb.
2025-ci ilin oktyabrında AzadlıqRadiosuna müsahibəsində xarici
siyasətdə ehtiyatlı davranacağını deyib. Dediyinə görə, Rusiyadan
mədən yanacağı idxalının tezliklə dayandırılması gözlənilmir.
Aİ-nin 2027-ci ilədək Moskva ilə enerji əlaqələrini tam kəsmək üçün
Macarıstan və qonşu Slovakiyaya təzyiq göstərir.
Hazırda Macarıstan təbii qaz ehtiyacının təxminən 95 faizini
Rusiyadan idxal edir. 2025-ci ilin ilk yarısında isə neft idxalının
təxminən 92 faizi Rusiyanın payına düşüb.
Madyar qalib gəldi, Orban məğlub oldu
Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Peter
Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyası qalib gəlib.
Hakim "Fides" partiyasının lideri baş nazir Viktor Orban artıq
telefonla Madyarı qələbəsi münasibətilə təbrik edib.
Səslərin 78 faizinin sayımının nəticələrinə görə "Tisa" 199 yerlik
parlamentdə 138 yerə, konstitusiya çoxluğuna (2/3) iddia edir.
Açıqlanmış göstəricilərdən aydın olur ki. "Tisa"nın üstünlüyü,
əsasən, onun namizədlərinin birmandatlı dairələrdə liderliyi ilə
bağlıdır, lakin partiya siyahıları üzrə də Madyarın tərəfdarları
inamla irəlidədirlər.
Səsvermə məntəqələri bağlanmazdan yarım saat əvvəl seçici fəallığı
78 faizdən artıq olub ki, bu da əvvəlki seçkilərə nisbətən 10 faiz
çoxdur. Bu, ən azı son 20 il üçün rekord göstəricidir.
Bir çox şərhçi Macarıstan seçkilərini Avropa İttifaqındakı vəziyyət
və Ukraynaya dəstək kontekstində son dərəcə vacib hesab edirdi.
Orban hökuməti Kiyevlə münaqişədə idi.
Orban özünü sağçı, milliyönümlü siyasətçi və ənənəvi dəyərlərin
müdafiəçisi kimi təqdim edir. Opponentləri onu avtoritar meyllərdə
və rusiyapərəst mövqedə günahlandırırlar. Son aylarda Budapeşt və
Kiyev arasında mübahisələr kəskinləşib, buna görə Macarıstan
xüsusilə Aİ-nin Ukraynaya kredit ayırmasını bloklayıb.
Madyar - Orbanın 2024-cü ildə müxalifətə keçən keçmiş müttəfiqidir.
Onun kampaniyası daxili məsələlərə - səhiyyə, nəqliyyat və
korrupsiyaya qarşı mübarizəyə, eləcə də Brüssellə yaxınlaşmaya
yönəlib. Madyar Ukraynanı dəstəklədiyini bəyan edir, eyni zamanda
Kiyevlə fikir ayrılıqlarının olduğunu da bildirirdi. O, Kremlin
siyasətini tənqid edib və ABŞ ilə dostluq münasibətlərini qorumağa
hazır olduğunu vurğulayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.