Vens İslamabad danışıqlarında 'xeyli irəliləyiş' əldə olunduğunu deyir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ötən həftəsonu İslamabadda sülh danışıqlarında "xeyli irəliləyiş" əldə olunub və indi növbə İranındır.

Vens aprelin 13-də "Fox News"a müsahibə verib. O deyib ki, təxminən 20 saat çəkən danışıqlarda "biz öz qırmızı xətlərimizi çox aydın şəkildə ortaya qoyduq".

"Gerçəkdən düşünürəm ki, top indi İranın meydançasındadır, çünki biz masaya çox şey qoyduq",
– Vens bildirib.

O əlavə edib ki, danışıqlarda ABŞ prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranı məsələsində heç bir güzəştə getməyəcəyi açıq şəkildə bildirilib və Vaşinqton bu urana nəzarət etməlidir. Tehranın gələcəkdə nüvə silahı hazırlamamasını təmin edəcək yoxlama mexanizmi də əsas şərtlərdən biridir.

"İranlıların nüvə silahına sahib olmayacaqlarını deməsi bir
şeydir. Bunun baş verməyəcəyini təmin edəcək mexanizmin qurulması isə digər məsələdir",
– Vens vurğulayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google