DİN Msxetada baş vermiş qəsdən adamöldürmə faktı ilə bağlı bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Msxeta-Mtianeti Polis Departamentinin əməkdaşları,

keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adamöldürmə ittihamı ilə 1983-cü il təvəllüdlü T.K.-nı saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 12 aprel tarixində Msxeta bələdiyyəsində, yaşayış mənzilində aralarında yaranmış mübahisə zəminində 1973-cü il təvəllüdlü D.B.-ya fiziki xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində D.B. hadisə
yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi "isti izlərlə" saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin qəsdən adamöldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır və bu maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google