Qaxarianın partiyası Kavelaşvilidən həbsdə olan mədənçilərin əfv edilməsini xahiş edib
Müxalifətə keçmiş sabiq baş nazir Qiorqi Qaxarianın partiyası altıncı prezident seçilmiş Mixeil Kavelaşvilidən və “Gürcü Arzusu”nun liderlərindən həbsdə olan mədənçilərin əfv edilməsini xahiş edir. Bu barədə parlamentdə müxalif deputat Şalva Kereselidze danışıb.

“Çiaturalı mədənçilərin saxlanılması kəskin sosial etiraz dalğası ilə bağlıdır. Bu etirazlar ağır yoxsulluq, əmək şəraitinin pisləşməsi və dolanışıq mənbəyinin itirilməsi səbəbindən ‘Georgian Manganese’ şirkətinə qarşı
yönəlmişdi...

Öz xalqınızla, gənclərlə barışın və həbsdə olan mədənçilər – Qiorqi Neparidze, Merab Saralidze, Tenqiz Qvelesiani və Arçil Çumburidzeni azad edin”,
– deyə Şalva Kereselidze bildirib.

Mədənçilər həbsdə
2025-ci il 29 aprel tarixində polis Çiaturada dörd mədənçini saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirirdi ki, saxlanılan şəxslər Şukruti mədəninin direktoruna fiziki xəsarət yetirməkdə ittiham olunurlar.

Qiorqi Neparidze, Merab Saralidze, Tenqiz Qvelesiani və Açiko Çumburidze Cinayət Məcəlləsinin 118-ci maddəsinin ikinci hissəsi (qəsdən az ağır xəsarət yetirmə) ilə saxlanılıblar.

Saralidze və Neparidze mədən direktoruna qarşı zorakılığın təşkilində və iştirakında, Çumburidze və Qvelesiani isə həmin “təşkil olunmuş zorakılıqda” iştirakda ittiham olunurlar.

Cari ilin 20 yanvar tarixində Kutaisi Şəhər Məhkəməsinin hakimi Tamar Mazanaşvili onlara aşağıdakı cəzaları təyin edib:
  • Merab Saralidze – 6 il 3 ay;
  • Qiorqi Neparidze – 6 il 3 ay;
  • Tenqiz Qvelesiani – 4 il 3 ay;
  • Arçil Çumburidze – 4 il 3 ay.
Hökmün elan edilməsi zamanı Kutaisiyə etirazçıların tərəfdarları da gəlib və məhkəmə iclasından sonra etiraz aksiyası keçiriblər.

Mədənçilərin etirazı
Mədənçilər aylarla davam edən etiraz aksiyaları fonunda saxlanılıblar.
  • Etiraz dalğası Çiaturada 2025-ci ilin fevral ayının sonunda başlayıb;
  • Bu, Çiaturada manqan hasil edən “Georgian Manganese” şirkətinin idarəedici şirkəti – “Chiatura Management Company”nin (CMC) 2024-cü ilin payızında mədənlərin fəaliyyətini dayandırmaq qərarından sonra baş verib;
  • Mart ayında etiraz aksiyaları müvəqqəti olaraq Tbilisiyə keçib;
  • Bundan əlavə, həmin dövrdə Çiaturada Şukruti kənd sakinlərinin etirazı artıq bir ildən çox idi ki, davam edirdi.
Merab Saralidze və Qiorqi Neparidze bir müddət həbsdə aclıq aksiyası keçiriblər. Onların saxlanılmasından sonra daha bir neçə mədənçi də aclıq aksiyasına başlayıb, lakin nəticə əldə olunmayıb.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google