Martvili bələdiyyəsində quduzluq halı aşkarlanıb

Bu gün, 14 aprel tarixində Kutaisi sığınacağına aparılan, şübhəli statusla izolyasiya edilmiş və nəzarət altında saxlanılan sahibsiz itdə laboratoriya üsulu ilə quduzluq təsdiqlənib.



Milli Qida Agentliyi hadisə barədə bütün aidiyyatı qurumlara məlumat verib və artıq quduzluğun ləğvi üçün tədbirlərə başlayıb. Bu çərçivədə xəstəlik ocağında karantin elan edilib, heyvan sığınacağı da daxil olmaqla dezinfeksiya işləri aparılıb.

Agentlik xəbər verir ki, quduzluğa yoluxma riski olan heyvanların peyvəndlənməsi həyata keçirilir və onların sağlamlığına ciddi nəzarət tətbiq olunub.

Milli Qida Agentliyi, Martvili bələdiyyəsinin Bandza kəndində, "Ori Nabiji" mağazasının ətrafındakı ərazidə sözügedən sahibsiz itlə təmasda olan hər bir şəxsi dərhal peyvənd olunmaq üçün tibb müəssisəsinə müraciət etməyə və müvafiq xidmətlərlə əlaqə saxlamağa çağırır.


 

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google