Çxorotskuda baytarlıq nəzarəti olmadan heyvan kəsimi faktı aşkarlanıb

Milli Qida Agentliyinin Sameqrelo-Zemo Svaneti departamentinin müfəttişləri,

Daxili İşlər Nazirliyi və Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları ilə birgə keçirdikləri tədbir çərçivəsində Çxorotsğu bələdiyyəsində qanun pozuntusu aşkar ediblər.

Plansız yoxlama nəticəsində müəyyən olunub ki, fiziki şəxs K.Ts. (Letsurtsume kəndi), məcburi tanınma və biznes operatoru kimi qeydiyyatdan keçmədən, sallaqxanadan kənar, satış məqsədilə heyvan kəsimi həyata keçirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə
yerində mənşəyi məlum olmayan və baytarlıq nəzarəti olmadan kəsilmiş iribuynuzlu heyvan ətini möhürləyiblər.

Sözügedən fiziki şəxs cərimələnib və qanunvericiliklə müəyyən edilmiş tələblər yerinə yetirilənə qədər ona fəaliyyət göstərmək qadağan edilib.

Milli Qida Agentliyi əhalini xəbərdar edir ki, baytarlıq nəzarəti olmadan kəsilmiş heyvan əti insan sağlamlığı və həyatı üçün yüksək risk daşıyır. Agentlik vətəndaşları mənşəyi şübhəli olan və üzərində sağlamlıq nişanı olmayan ətləri almamağa çağırır.

Məlumat üçün: Sağlamlıq nişanı heyvanın gövdəsi üzərinə qoyulan xüsusi işarədir və bu, məhsulun kəsimdən əvvəl və kəsimdən sonra yoxlamadan keçdiyini, baytar nəzarəti altında kəsildiyini göstərir.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google