İoseliani bildirib ki, Əfqan Sadıqovun Azərbaycana nə dərəcədə düzgün deportasiya edildiyini araşdıracaqlar
Gürcüstanın Ombudsmanı Levan İoseliani bildirib ki, aparat azərbaycanlı jurnalist Əfqan Sadıqovun ölkədən deportasiyasının nə dərəcədə düzgün həyata keçirildiyini araşdıracaq. O, bunu 14 aprel tarixində, jurnalistin deportasiyasından 10 gün sonra, “Netgazeti”nin jurnalistinin sualını cavablandırarkən deyib.

“Bu məsələ ilə bağlı mütləq qiymətləndirməmiz olacaq, çünki sizin də qeyd etdiyiniz kimi, fərqli mövqelər mövcuddur və məsələ araşdırma tələb edir. Mən hüquqi
araşdırmanı nəzərdə tuturam və buna uyğun olaraq, əlbəttə ki, mövqeyimizi bildirəcəyik... Düşünürəm ki, bu barədə daha çox şeyi konkret olaraq onun Gürcüstandan deportasiyasının nə dərəcədə düzgün həyata keçirildiyini hüquqi baxımdan araşdırdıqdan sonra deyə biləcəyəm”,
– deyə Levan İoseliani bildirib.

“10 gün keçsə də, qiymətləndirmə yoxdur”
“Sosial Ədalət Mərkəzi”nin rəhbəri Tamta Mikeladze Ombudsmanın bu bəyanatını narahatedici hesab edir.

“Belə ağır, açıq və nümayişkaranə konvensiya pozuntusu ilə bağlı Ombudsmanın 10 gün keçməsinə baxmayaraq hələ də qiymətləndirməsi yoxdur, nə bir paylaşımı, nə də rəsmi açıqlaması öz veb-səhifəsində yerləşdirilib və indi deyir ki, gələcəkdə olacaq. Bu normaldır?..

İndi, hüquq müdafiəçiləri şəbəkəsinin rejim tərəfindən bu qədər zədələndiyi və zəiflədiyi bir vaxtda, Ombudsman bu cür gecikmə və passivliklə işləməlidir?”
– deyə Tamta Mikeladze “Facebook”da yazıb.

Məhz onun rəhbərlik etdiyi təşkilat Sadıqovun Gürcüstanda olduğu müddətdə hüquqlarını müdafiə edirdi.

Sadıqovun deportasiyası
Aprelin 6-da Azərbaycandan prezident İlham Əliyev Gürcüstana səfər edib. Bu səfərdən əvvəl azərbaycanlı jurnalist Əfqan Sadıqovun vətəninə deportasiyası baş verib; o, Azərbaycanda özünü təhlükəsiz hiss etmədiyini bildirirdi.

Bakı onun təhvil verilməsini 2024-cü ildən tələb edirdi.

Jurnalist 2020–2023-cü illərdə Azərbaycanda “şantaj” ittihamı ilə cəza çəkib. Əfv olunduqdan sonra Gürcüstana gəlib. Sadıqov bildirirdi ki, Azərbaycanda ona qarşı təqiblər jurnalist fəaliyyəti ilə bağlıdır.

Deportasiya qərarı
Hakim Tornike Koçkiani aprelin 5-də, səhər saat 04:00-da Tbilisi Şəhər Məhkəməsində belə qərar qəbul edib:
  • Əfqan Sadıqovun Gürcüstandan deportasiya edilməsi;
  • “Facebook”da paylaşdığı statusa görə 2000 lari məbləğində cərimə (məhkəmə hesab edib ki, jurnalist bununla gürcü polisini təhqir edib);
  • 3 il müddətinə Gürcüstana giriş qadağası.
Jurnalistin saxlanılması
Əfqan Sadıqov aprelin 4-nə keçən gecə polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, məqsəd “işə vaxtında baxılmasını təmin etmək” olub. Bu dəfə ona sosial şəbəkədə polis əməkdaşını təhqir etmək ittihamı irəli sürülüb.

“Harada ki, diktatura var, orada polis əməkdaşları maaş və ‘paqonlar’ qarşılığında hər şeyi satmağa və tapdalamağa hazırdırlar və bunu məmnuniyyətlə, ürəkdən və qürurla edirlər”, – deyə paylaşımda yazılmışdı. Həmin posta gürcü polis əməkdaşlarının göründüyü videolar da əlavə olunmuşdu.

Məhkəmənin imtinası
“Sosial Ədalət Mərkəzi”nin rəhbəri bildirir ki, məhkəmədən Azel.TV media qurumunun baş redaktoruna ölkəni könüllü tərk etmək imkanı verilməsini xahiş ediblər, lakin bu tələb təmin olunmayıb:

“Məhkəmə nəzərə almadı ki, Əfqan Sadıqovun həyat yoldaşı və uşaqları Avropada siyasi sığınacaq alıblar və müvafiq ölkə onun da qəbulunu təmin edə bilərdi... Biz hazır idik ki, müvafiq sənədləri ən qısa müddətdə həm məhkəməyə, həm də Miqrasiya Departamentinə təqdim edək”.

Sadıqov Tbilisidə
Əfqan Sadiqov həyat yoldaşı və iki azyaşlı qızı (10 və 15 yaş) ilə birlikdə 2023-cü il 24 dekabr tarixində Gürcüstana gəlib. O vaxtdan Tbilisidə yaşayırdı və ölkəni tərk etməsinə icazə verilmirdi.

Sadıqov ekstradisiya məqsədilə Gürcüstanda bir neçə ay həbsdə də olub. Bu məqsədlə o, 2024-cü il 4 avqust tarixində saxlanılmışdı. O, ekstradisiya həbsi və Azərbaycanda ona qarşı açılmış işi sifarişli təqib kimi qiymətləndirirdi və həbsdə olduğu müddətdə 141 gün aclıq aksiyası keçirib. Bu etiraz formasını Strasburq məhkəməsinin qərarından sonra dayandırıb.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google