Xobi bələdiyyəsində elektrik aləti ilə qanunsuz balıq ovu faktları aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi Nəzarəti Departamentinin Sameqrelo–Yuxarı Svaneti regional idarəsinin əməkdaşları Xobi bələdiyyəsində qanun pozuntuları aşkar ediblər.

Qurumun məlumatına görə, Axali Xibula kəndinin Zubi məhəlləsində yerləşən dərədə bir vətəndaş elektrik alətindən istifadə edərək 1 kiloqram “qaşap” növünə aid balıq ovlayıb.

Həmçinin, digər bir vətəndaş Sacicao kəndində, Çanisğali çayında elektrik aləti ilə balıq tutmağa cəhd edib. Lakin
departament əməkdaşları brakonyerin balıq əldə etməsindən əvvəl bu faktın qarşısını alıblar.

Qurum bildirir ki, elektrik aləti ilə balıq ovu cinayət hesab olunur və hər iki faktla bağlı materiallar əlavə tədbir görülməsi üçün müvafiq qurumlara göndərilib.

Ətraf Mühitin Mühafizəsi Nəzarəti Departamentinin məlumatına görə, elektrik alətləri insanların həyatı və sağlamlığı üçün də ciddi təhlükə yaradır. Belə alətlərin hazırlanması, alınması, saxlanması, daşınması və ya satılması qanunla cəzalandırılır.

Qurumun açıqlamasına əsasən, brakonyerliyə qarşı mübarizə departament üçün prioritet istiqamətlərdən biridir. Ölkə üzrə ekipaşlar 24 saatlıq patrul xidməti aparır ki, qanunsuz balıq ovunun və digər ekoloji hüquq pozuntularının qarşısı vaxtında alınsın. Həmçinin, nazirliyin 153 qaynar xəttinə daxil olan bütün müraciətlərə dərhal reaksiya verilir.

Departamentin qeydinə görə, son illərdə qanunsuz balıq ovu faktlarının sayının artması nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google