Bu gündən Temu, Wizzair və digər xarici platformalarda lari ilə ödəniş zamanı komissiya tutulacaq
Bu gündən etibarən xarici onlayn platformalarda bank kartları ilə lari ilə ödəniş edərkən əlavə komissiya tutulacaq. Bu barədə müştərilərə SMS bildirişləri TBC Bank və Bank of Georgia tərəfindən göndərilib.

Məlumat üçün qeyd edək ki, bu qayda xarici platformalara – məsələn, Temu, PayPal, Wizz Air, Turkish Airlines və digər oxşar sayt və tətbiqlərə şamil olunur.

Eyni
zamanda bildirilir ki, komissiya taksi və çatdırılma xidmətlərinin yerli ödənişlərinə aid olmayacaq. Yəni Bolt, Glovo, Wolt və Bolt Food kimi şirkətlərin Gürcüstanda edilən yerli ödənişlərinə bu qayda tətbiq edilməyəcək.

Komissiyanın məbləğinə gəlincə, bu gündən etibarən beynəlxalq platformalarda TBC Bank və Bank of Georgia kartları ilə ödəniş zamanı alışın və ya xidmətin ümumi dəyərinin 1,5 faizi həcmində komissiya tutulacaq.

Komissiya yalnız lari ilə aparılan ödənişlərə tətbiq olunur və hər alış üçün maksimum məbləğ 10 lari olacaq.

Bununla yanaşı, 5 lariyə qədər olan tranzaksiyalara komissiya tətbiq edilməyəcək.

Qeyd olunur ki, bu qayda bütün növ debet kartları ilə edilən ödənişlərə şamil edilir – həm fiziki şəxslərin kartlarına (o cümlədən şagird kartlarına), həm də biznes kartlarına.

Bankların yaydığı məlumata görə, əlavə komissiya ödəməmək üçün vətəndaşlar onlayn alış zamanı platforma imkan verərsə, ödəniş valyutası kimi lari deyil, xarici valyuta seçməlidirlər.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google