ABŞ prezidenti Donald Tramp İranla hazırda qüvvədə olan ikihəftəlik
atəşkəs
rejiminin müddətini uzatmaq niyyətində olmadığını bəyan edib.
D.Tramp "ABC News"un müxbiri Conatan Karla müsahibəsində
hadisələrin istənilən ssenari ilə bitə biləcəyini vurğulayıb:
"Lakin hesab edirəm ki, razılaşma daha məqsədəuyğundur. Yalnız bu
halda onlar özlərini bərpa edə bilərlər".
Tərəflər keçən həftəsonu İslamabadda keçirilən sülh danışıqlarına
şərait yaratmaq məqsədilə aprelin 7-də hərbi əməliyyatları
dayandırmaq barədə razılığa gəliblər. Lakin
aprelin 11-12-də baş
tutan danışıqlar fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi
hava zərbələri ilə başlayan müharibəni sonlandıracaq bir sazişlə
nəticələnməyib.
Buna baxmayaraq, aprelin 14-də Tramp İranla yeni danışıqlar
raundunun bir-iki gün ərzində yenidən başlaya biləcəyini istisna
etməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.