Tramp İranla atəşkəsi uzatmaq niyyətində olmadığını bildirib
ABŞ prezidenti Donald Tramp İranla hazırda qüvvədə olan ikihəftəlik atəşkəs rejiminin müddətini uzatmaq niyyətində olmadığını bəyan edib.

D.Tramp "ABC News"un müxbiri Conatan Karla müsahibəsində hadisələrin istənilən ssenari ilə bitə biləcəyini vurğulayıb: "Lakin hesab edirəm ki, razılaşma daha məqsədəuyğundur. Yalnız bu halda onlar özlərini bərpa edə bilərlər".

Tərəflər keçən həftəsonu İslamabadda keçirilən sülh danışıqlarına şərait yaratmaq məqsədilə aprelin 7-də hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər. Lakin
aprelin 11-12-də baş tutan danışıqlar fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri ilə başlayan müharibəni sonlandıracaq bir sazişlə nəticələnməyib.

Buna baxmayaraq, aprelin 14-də Tramp İranla yeni danışıqlar raundunun bir-iki gün ərzində yenidən başlaya biləcəyini istisna etməyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google