Lavrov Pekində Si Cinpinlə görüşüb

Rusiya, onunla "bərabərhüquqlu" əməkdaşlıqda maraqlı olan ölkələrin enerji resursları qıtlığını doldurmağa hazırdır.



Aprelin 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin paytaxtı Pekində jurnalistlərə bildirib ki, “Rusiya, əlbəttə ki, Çinin və bərabərhüquqlu, qarşılıqlı faydalı əsaslarla işləməkdə maraqlı olan digər ölkələrin üzləşdiyi resurs çatışmazlığını aradan qaldıra bilər”.

Lavrovun sözlərinə görə, Rusiya və Çin "dünya iqtisadiyyatına və dünya
energetikasına zərər vuran təcavüzkar avantüralardan" asılı olmamaq üçün kifayət qədər imkanlara malikdir.

2026-cı il fevralın 28-dən sonra, ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə Tehran neft və qaz daşınması üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazını faktiki olaraq bağlayıb ki, bu da dünya bazarında tədarük problemlərinə və yanacağın bahalaşmasına səbəb olub.

Rusiyanın neft və qaz sektoru Ukraynadakı müharibəyə görə Qərb dövlətləri tərəfindən sanksiyalara məruz qalıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-də Pekinə rəsmi səfərə gəlib. O, həmin gün çinli həmkarı Van İ, aprelin 15-də isə Çin lideri Si Cinpin ilə görüşüb.

Rusiya dövlət mediasının məlumatına görə, Si Cinpin ilə görüş zamanı Sergey Lavrov Rusiya-Çin münasibətlərinin “dünya işlərində sabitləşdirici rol oynadığını” bəyan edib.


 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google