Bolnisili fəalın sözlərinə görə, “Gürcü Arzusu”nun nümayəndələri ona fiziki zorakılıq tətbiq ediblər
Bolnisili fəal Nurəddin Nəbiyev bildirir ki, “Gürcü Arzusu”nun nümayəndələri tərəfindən fiziki hücuma məruz qalıb. Nəbiyevin sözlərinə görə, bu gün, 15 aprel tarixində, ona məxsus çay evinə 9 nəfər daxil olub, onun Nurəddin Nəbiyev olub-olmadığını soruşublar və təsdiqləyici cavab aldıqdan sonra ona fiziki zorakılıq tətbiq ediblər. Nəbiyev ona qarşı törədilən bu hücumu fəaliyyəti və siyasi baxışları ilə
əlaqələndirir.

“9 nəfər içəri girdi. Üzlərini xatırlamıram. Həmin vaxt Bolnisi bələdiyyəsinin Böyük Muğanlı kəndindəki çay evində işləyirdim. Adımı soruşdular, sahibkarın mən olub-olmadığımı dəqiqləşdirdilər, “bəli” deyən kimi doqquzu da birdən mənə zərbələr endirməyə başladılar. Hesab edirəm ki, bu insanlar xüsusi olaraq meriyadan və İran tərəfdarları tərəfindən göndəriliblər. Yarısı meriyadan, yarısı isə İran tərəfdarları idi. Hücum edənlər arasında azyaşlı uşaqlar da var idi”,
– Nurəddin Nəbiyev bildirdi.

Onun sözlərinə görə, dodağına beş tikiş qoyulub və kəllə-beyin travması alıb. Hazırda o, Bolnisidəki xəstəxanalardan birinə yerləşdirilib.

Nəbiyev bildirir ki, bir neçə gün əvvəl də Ayətullah Əli Xameneyi haqqında verdiyi bəyanatlara görə hücuma məruz qalıb. O, qeyd edir ki, sosial şəbəkədə yazdığı şərh müəyyən şəxsləri qıcıqlandırıb və Otar Bayramov adlı şəxs ona qarşı şəxsən fiziki zorakılıq tətbiq edib.

Bugünkü hücuma gəlincə, Nurəddin bu faktı həm də dərman çatışmazlığı və qiymətlərin artımı ilə bağlı verdiyi bəyanatlarla əlaqələndirir. O, qeyd edir ki, dünən, 14 aprel tarixində bu problemlə bağlı video müraciət yayımlayıb və məhz bundan sonra hücuma məruz qalıb. Nurəddin Nəbiyev bugünkü hadisədə “Gürcü Arzusu”nun nümayəndələrini və Parlament üzvü Zaur Darğallını ittiham edir.

“Marneuli” radiosu Zaur Darğallı ilə əlaqə saxlamağa çalışsa da, o, zənglərimizə cavab vermədi. “Marneuli” radiosu Daxili İşlər Nazirliyindən əlavə təfərrüatları dəqiqləşdirir.

Qeyd edək ki, Nurəddin Nəbiyev 2025-ci il yerli özünüidarəetmə seçkilərində “Lelo” partiyasının proporsional siyahısı ilə iştirak edib. O, Bolnisi bələdiyyəsində mövcud olan problemlər barədə fəal şəkildə danışır və tez-tez bələdiyyənin ehtiyacları ilə bağlı video və foto materiallar dərc edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google