Bir neçə aydan sonra 60 yaşdan yuxarı şəxslərin bəzi bank
köçürmələri müəyyən müddətə məhdudlaşdırılacaq.
Yeni qayda Milli Bank tərəfindən 14 aprel tarixində qəbul
edilib.
"Bu, həssas seqmentin - 60 yaşdan yuxarı
istifadəçilərin dələduzluq sxemlərindən qorunmasına kömək edəcək və
bu prosesi daha səmərəli edəcək", - deyə Milli Bankın
bəyanatında (əmrində) bildirilir.
Nə dəyişir?
Banklar ehtimal olunan yüksək riskli (dələduzluq xarakterli)
əməliyyatlara aid olan bank köçürmələrini müvəqqəti
dayandıracaqlar.
Aşağıdakı hallarda 500 laridən artıq məbləğin çıxarılmasını nəzərdə
tutan əməliyyatlar
riskli hesab olunacaq:
- Onlayn ticarət (məsələn, "Forex") platformalarında;
- İnvestisiya məqsədilə;
- Qumar oyunları biznesində;
- Virtual aktivlərlə (kriptovalyuta və s.);
- Və ya "qeyri-adi davranış" müşahidə edildikdə.
Risk aşkar edildikdə nə baş verəcək?
Milli Bank xidmət təminatçısını (bankı) müştəri ilə əlaqə saxlamağa
və ona "məlumatı daha yaxşı təhlil etməyə" kömək etməyə borclu
edir. Bununla da istifadəçinin dələduzların manipulyasiyası altında
əməliyyat həyata keçirmə riski azaldılacaq.
"İstifadəçinin riskli və ya şübhəli tranzaksiya
başlatmasından sonra onun son qərarını verməsi və bunu xidmət
təminatçısına təsdiqləməsi üçün 48 saat vaxtı
olacaq", - Milli Bankdan bildiriblər.
Bu qaydalar nə vaxtdan qüvvəyə minəcək?
Kart əməliyyatları üzrə bu dəyişiklik 2026-cı il sentyabrın 1-dən,
digər elektron ödəniş əməliyyatları halında isə 2027-ci il mayın
1-dən qüvvəyə minəcək.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.