Avropa İttifaqı (Aİ) səfirləri aprelin 15-də Brüsseldə Ermənistana
yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqləyiblər.
Qərarın gələn həftə Aİ xarici işlər nazirlərinin iclasında rəsmən
qəbul ediləcəyi gözlənilir.
AzadlıqRadiosunun erməni xidməti missiyanın mandatı, strukturu və
vaxt qrafiki ilə bağlı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik
Siyasəti üzrə Ali nümayəndəsinin təklifinə istinad edir.
Sənədə görə, missiya Ermənistanın hibrid
təhdidlərə qarşı
dayanıqlığını gücləndirməli, strateji və praktiki məsləhətlər
verməli, nazirliklərə və təhlükəsizlik qurumlarına dəstək
göstərməlidir. Bu məsləhətləşmələr xarici informasiya
manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi,
kiberhücumlar və qeyri-qanuni maliyyə axınları ilə mübarizəyə
yönələcək. Missiya həmçinin Aİ-nin metodologiya və standartlarına
uyğun olaraq Ermənistanın təhlükəsizlik imkanlarının inkişafı üçün
nələrin gərəkdiyini qiymətləndirəcək.
Rəsmi Bakı buna nə deyəcək?
Aİ Xarici İşlər Xidməti bundan öncə bir sənəddə missiyanın
zəruriliyini əsaslandırıb. Qeyd olunub ki, Ermənistanda iyundakı
parlament seçkiləri, ardınca yerli seçkilər və mümkün konstitusiya
referendumu yalnız daxili sabitlik üçün deyil, regional sülh üçün
də ciddi sınaq olacaq.
Azərbaycan illər öncə Ermənistanla sərhəddə silahsız Avropa
müşahidəçilərinin yerləşdirilməsini tənqid edib. Ötən ilin
avqustunda Ermənistanla paraflanmış sülh müqaviləsinə birgə
sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsinə dair müddəa
salınıb. "Azatutyun" yazır ki, indi Brüssel yeni missiyanın
göndərilməsində məqsədin "Rusiyanın sabitliyi pozan fəaliyyətlərini
azaltmaq və neytrallaşdırmaq" olduğunu vurğulayır.
"Azatutyun"un əldə etdiyi sənədə görə, Xarici Fəaliyyət Xidmətinə
Azərbaycanla müzakirələri davam etdirmək tapşırılıb. Məqsəd Aİ-nin
dəstəyinin mahiyyətini aydınlaşdırmaq və sülh prosesinə mümkün
mənfi təsirlərin qarşısını almaqdır.
İranla sərhəd
Mümkün risklərə gəlincə, Ermənistandakı daxili siyasi proseslər,
xarici iqtisadi təzyiqlər və informasiya manipulyasiyaları ilə
yanaşı, İrana qarşı müharibə də ayrıca vurğulanır. Ermənistanın
açıq olan iki sərhədindən biri İranladır və bu sərhəd ölkənin
kommunikasiya xətləri, həmçinin "Şimal-Cənub" nəqliyyat və ticarət
dəhlizi üçün böyük əhəmiyyət kəsb edir.
"Bu gərginlik Rusiyanın Ermənistan iqtisadiyyatı və enerji
ehtiyacları üzərində təsirini daha da artıra, seçkilər ərəfəsində
bundan istifadə oluna bilər", – sənəddə deyilir.
Potensial miqrasiya axınları, mütəşəkkil cinayətkarlıq və digər
qeyri-qanuni fəaliyyət riskləri də qeyd edilir.
Aİ-nin yeni missiyasının Ermənistanda iki il müddətinə
yerləşdirilməsi gözlənilir. 20-30 beynəlxalq işçidən ibarət missiya
"Avropa İttifaqının tərəfdaşlıq missiyası" adı ilə fəaliyyət
göstərəcək. Razılaşma əldə edilərsə, missiyanın üçüncü ölkələrin
iştirakına da açıq olacağı bildirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.