ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən qüvvəyə mindirib.
Bu haqda "Politico" nəşri yazır. İranla müharibə səbəbindən artıq
tankerlərə yüklənmiş Rusiya neftinə sanksiyalar bir aylığına
qaldırılmışdı.
Martın 13-də ABŞ Maliyyə Nazirliyinin məhdudiyyətləri
yumşaltmasında məqsəd qiymətləri aşağı salmaq idi. ABŞ və İsrail
fevralın 28-də İrana zərbələrə başlayandan Tehranın Hörmüz boğazını
faktiki blokadaya alması dünya neft qiymətlərində kəskin artıma
səbəb
olmuşdu. Dünyada neftin 20 faizi bu boğazdan keçir.
Möhlətin müddəti aprelin 11-də başa çatıb.
"Politico" yazır ki, bəzi ABŞ senatorlar bu yumşaldılmanın
dayandırılmasına çağırmışdılar. Onların sözlərinə görə, bu
güzəştlər Rusiyaya və onun tərəfdaşlarına 4 milyard dollardan çox
gəlir əldə etməyə imkan verib.
ABŞ prezidenti Donald Tramp daha öncə vəd edib ki, İrana qarşı
hazırkı kampaniya bitincə, Rusiya neftinə sanksiyalar bərpa
olunacaq. Maliyyə naziri Skott Bessent isə qeyd etmişdi ki,
nazirliyin hesablamalarına görə, sanksiyaların yumşaldılması
dövründə Rusiya maksimum 2 milyard dollar gəlir əldə edə
bilərdi.
"The Financial Times" neftin bahalanmasından ən çox Rusiyanın
faydalandığını bildirib. Aprelin əvvəlinə Rusiyanın "Urals"
neftinin qiyməti son 13 ilin maksimumuna çatıb. Ekspertlərin
proqnozuna görə, əlavə neft-qaz gəlirləri apreldə 1 trilyon rubla
(13.3 milyard ABŞ dolları) çata və ya onu keçə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.