AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında
razılıq əldə olunub.
Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanat
yayıb.
Sənəddə bildirilir ki, iki ölkə prezidentlərinin 2025-ci il
oktyabrın 9-da Düşənbədə əldə etdiyi anlaşmaya uyğun olaraq,
tərəflər 2024-cü il dekabrın 25-də "Rusiya hava məkanında hava
hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti
nəticəsində" AZAL təyyarənin Aktau
şəhəri yaxınlığında qəzaya
uğraması ilə bağlı məsələlərin həlli, o cümlədən kompensasiyanın
ödənilməsi barədə razılığa gəliblər.
26 dekabr
Rusiya AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqı
dayandırıbmı?
Azərbaycanın gözləntiləri Rusiya prezidentinin Düşənbədə olan
açıqlamalarına uyğun olaraq prosesin başa çatdırılmasıdır.
Azərbaycanın yerli saytlarının məlumatına görə, bunu dekabrın 26-da
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına
dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr
Bastrıkin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana
məktub göndərib və cinayət işinə xitam verilməsi məlumatını
bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub.
Bu açıqlamaya Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün
olmayıb.
Qəza ilə bağlı həm Rusiyada, həm də Azərbaycanda cinayət işi
açıldığı və Qazaxıstanda da təhqiqatın davam etdiyi
bildirilirdi.
25 dekabr
Rusiya AZAL təyyarəsinin vurulmasına görə kompensasiyanı hələ də
ödəməyib
Bakı ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması üzrə
təhqiqatın bitməsini gözləyir və kompensasiyaların tezliklə
ödəniləcəyinə ümid edir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman
Mustafayev lenta.ru saytına müsahibəsində deyib.
"Ümid edirik, maliyyə kompensasiyalarının ödənməsi və faciəyə görə
günahkarların məsuliyyətə cəlbi ilə bağlı bütün məsələlər qısa
zaman ərzində, ölkələrimizi bağlayan strateji tərəfdaşlıq və
müttəfiqlik əlaqəsi ruhunda həllini tapacaq. Oktyabrın 9-da
Düşənbədə verilən bəyanatlar və əldə olunan razılaşmalar bu yöndə
vacib addımdır", – səfir vurğulayıb.
R.Mustafayev hazırda ikitərəfli əlaqələrdə fundamental məsələnin
dekabr faciəsi ilə bağlı bütün məsələlərin "tezliklə və ədalətlə"
tənzimlənməsindən ibarət olduğunu bildirib.
Aktaudakı qəzaya 'döyüş başlığı' səbəb ola
bilərdi
AZAL təyyarəsinin Aktauda qəzaya uğramasına "döyüş başlığının
dağıdıcı elementləri" səbəb ola bilərdi. Bu qənaətə Qazaxıstan
Nəqliyyat Nazirliyi gəlib. Qurum dekabrın 25-də təyyarə qəzası ilə
bağlı aralıq hesabatını açıqlayıb.
"Partlayıcı maddə izi tapılmayıb. Ekspertizaya təqdim olunmuş üç
oksigen balonunda partlayış izi aşkarlanmayıb. Təyyarənin
zədələnməsinə döyüş başlığının dağıdıcı elementləri səbəb ola
bilərdi. Ancaq onların dəqiq mənbəyini müəyyən etmək mümkün
deyil", – hesabatda deyilir.
Komissiyada Azərbaycan, Rusiya və Braziliya təmsilçiləri, həmçinin
Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müşahidəçi təmsil
olunur.
Komissiya təyyarənin hidravlik sisteminin "metalın bərk əşya ilə
kontakt nəticəsində partlaması" nəticəsində zədələndiyini
bildirir.
AZAL təyyarəsinin qəzasından 1 il ötür
Bu gün, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL)
aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin Bakı-Qroznı
aviareysini yerinə yetirərkən Qazaxıstan ərazisində qəzaya
düşməsindən 1 il ötür.
Qəzada 38 nəfər həlak olub. 29 nəfərin həyatı isə xilas edilib.
Azərbaycan rəsmiləri baş verən qəzaya görə Rusiyanın məsuliyyət
daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini
açıqlayıblar. Onlar hesab edirlər ki, təyyarəyə Rusiya ərazisində
müdaxilə olub və o, Qazaxıstana doğru istiqamət alıb.
Bakı Rusiyadan qəzaya görə məsuliyyətinin etirafını, günahkarların
cəzalandırılmasını və kompensasiya tələb edib.
Bu məsələ iki ölkə arasında müəyyən dövr gərginliklə də müşahidə
edilib. Kreml rəhbərliyi hadisə ilə bağlı əvvəlcə üzrxahlıq etsə
də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib. Nəhayət,
oktyabrın 9-da ölkə rəhbərlərinin Düşənbədə görüşündə Rusiya
prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək
müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı
vəd verib.
Lakin bu vədin verilməsindən də aylar keçsə də, Azərbaycanın
gözləntilərinin yerinə yetirilməsi ilə bağlı hər hansı yenilik
açıqlanmayıb. Hərçənd elə bir gün əvvəl iki ölkə prezidenti
telefonla danışsalar da, (prezident İlham Əliyevin doğum günü
münasibəti ilə) bu məsələ ilə bağlı hər hansı açıqlama
yayılmayıb.
Qəza Qazaxıstan ərazisində baş verdiyindən araşdırmanı da bu ölkə
aparır. Qərb mətbuatının yazdıqlarına görə, ABŞ və bir çox ölkələr
araşdırmada iştiraka hazır olduqlarını bildirsələr də, təmin
edilməyib.
Qazaxıstan isə hələlik ilkin hesabatı açıqlayıb.
İlkin hesabat
Təqribən 11 ay əvvəl, fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi
Aktau hava limanı yaxınlığında AZAL-ın "Embraer-190" təyyarəsinin
qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc etdi.
Hesabatda qeyd edilirdi ki, təyyarə yer səthi ilə toqquşana qədər
xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl
texniki vəziyyəti yaxşı olub.
Hesabatda qəzanın səbəbi kimi əvvəllər dilə gətirilən "quş sürüsü
ilə toqquşma" və "oksigen balonun partlaması" kimi versiyalar da
təsdiqini tapmayıb.
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ilkin
hesabatın açıqlanmasından dərhal sonra bəyan etməsinə görə, artıq
təsdiqlənir ki,
"hava gəmisi Rusiyanın hava məkanında,
o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata
keçirərkən GPS siqnallarının itməsi halı ilə
üzləşib".
Yekun hesabatın isə nə vaxt açıqlanacağı bəlli deyil.
Hələlik isə "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının
qərarı ilə həmin təyyarədə olub xəsarət alanların hər birinə 20 min
manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat
kompensasiya ödəniləcəyi açıqlanıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.