Livan prezidenti – Livan və İsrail arasında atəşkəs birbaşa danışıqlar üçün təbii başlanğıc nöqtəsidir
Livan prezidenti Jozef Aun bildirib ki, İsraillə hər hansı birbaşa danışıqlara başlamazdan əvvəl atəşkəsin əldə olunması vacibdir. Bu barədə The Times of Israel məlumat yayıb.

“Aunun bəyanatında deyilir ki, Livanın İsraildən tələb etdiyi atəşkəs iki ölkə arasında birbaşa danışıqlar üçün təbii başlanğıc nöqtəsidir.”


Bundan əvvəl İsrailin elm və texnologiya naziri Gila Qamliel açıqlayıb ki, İsrailin
baş naziri Benyamin Netanyahı bu gün Livan prezidenti Jozef Aunla danışacaq.

Məlumat üçün qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, Livan və İsrail liderləri onilliklərdən sonra ilk dəfə danışıqlar aparacaqlar.

“İsrail və Livan arasında bir qədər ‘nəfəs alma imkanı’ yaratmağa çalışıram. Uzun müddətdir ki, iki lider bir-biri ilə danışmayıb. Təxminən 34 ildir. Bu, sabah baş verəcək. Əladır!” – deyə Tramp yazıb.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google