Yerevanda Karapetyanın məhkəməsi qarşısında qarşıdurma yaranıb
Yerevanda işadamı Samvel Karapetyanın məhkəməsi keçirilən vaxt polislə qarşıdurma yaranıb. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, işadamının rəhbərlik etdiyi partiyanın üzvləri və tərəfdarları məhkəmə binası qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb ediblər.

Polis etirazçıların bağladığı yolu açmağa çalışarkən qarşıdurma yaranıb, saxlananlar olub.

Daxili İşlər Nazirliyi AzadlıqRadiosuna 17 nəfərin "polis əməkdaşının qanuni tələbinə tabe olmama" maddəsi ilə həbs olunduğunu bildirib.

Məhkəmə S.Karapetyana qarşı qətimkan tədbirini araşdırır.

"Güclü Ermənistan" partiyasının lideri S.Karapetyan hazırda ev dustaqlığındadır, məhkəməyə polis maşınında gətirilib. O, jurnalistlərin suallarını cavablandırmayıb, danışmaq hüququnun olmadığını
bildirib.


Aprelin 16-da isə Karapetyanın müxalifət qrupu ilə əlaqəli olan azı 14 nəfərin saxlanıldığı açıqlanıb. Saxlanılanların hamısı Ermənistanın cənubundakı Artaşat şəhərinin sakinləridir.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi (KAM) onların səsvermə üçün rüşvət verib-alqıdlarını iddia edib. "Güclü Ermənistan" partiyası bu ittihamları siyasi motivli adlandırıb.

Hüquq-mühafizə orqanı həmin şəxslərin onlayn söhbətlərinin audioyazılarını yayımlayıb. İddia olunur ki, partiyaya bağlı və ya onunla əlaqəli qeyri-hökumət təşkilatında çalışan "bir qrup şəxs" səslərin satın alınması ilə məşğul olub.

"Güclü Ermənistan"ın vəkili isə audioyazılarda müzakirə olunan maliyyə məsələlərinin yalnız əməkhaqqı ödənişləri ilə bağlı olduğunu bildirib.

Bu həftə oxşar ittihamlarla partiyanın daha iki fəalı saxlanılsa da, məhkəmə bir neçə saatdan sonra onları azad edib.

Karapetyanın partiyası iddia edir ki, bu cinayət işləri 7 iyunda keçiriləcək seçkilər ərəfəsində onun namizədliyini əngəlləmək məqsədi daşıyır.

Putinin xəbərdarlığı
60 yaşlı S.Karapetyanın Rusiya vətəndaşlığı var. Baş nazir Nikol Paşinyanın siyasi müttəfiqləri onu Kremlin əmri ilə Ermənistan hökumətini devirmək planı hazırlamaqda günahlandırır. Karapetyan ötən ilin iyununda həbs olunandan sonra aktiv siyasətə qədəm qoyub.

Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Paşinyanla görüşündə Yerevana rusiyapərəst müxalifət qüvvələrin seçkilərə buraxılmaması ilə bağlı açıq xəbərdarlıq səsləndirib. Putin eyhamla bildirib ki, bu cür qadağalar, eləcə də Yerevanın Avropa İttifaqına doğru irəliləməsi Rusiyadan ciddi asılılığı olan Ermənistan iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər.

"Güclü Ermənistan" seçkilərə qatılacaq əsas müxalif qüvvə sayılır. Hərəkat indiyədək açıq-aşkar rusiyayönlü bəyanatlar verməkdən çəkinib. Partiya aprelin 11-də Yerevanda böyük mitinq keçirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google