Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz müəllimlər və
müəllim olmaq istəyən şəxslər üçün imtahanlara qeydiyyata başlayıb.
Mərkəzin məlumatına görə, namizədlər online.naec.ge veb-saytı
vasitəsilə 6 may saat 18:00-dək qeydiyyatdan keçə bilərlər.
“Müraciət edənlərin 20 aprel saat 10:00-dan 4 may saat
18:00-dək imtahan haqqını ödəmələri (ən azı bir imtahan üzrə)
məcburidir.
2026-cı ildən etibarən müəllimlər və müəllim olmaq istəyən şəxslər
bir fənn üzrə imtahan vermək əvəzinə, maksimum üç fənn üzrə
imtahana qeydiyyatdan keçə və həmçinin baş xüsusi müəllim və əsas
peşə bacarıqları üzrə imtahanlarda iştirak edə bilərlər.
Namizədlər nəzərə almalıdırlar ki, məzmunu eyni olan test
tapşırıqlarına malik fənləri seçə bilməzlər (o cümlədən test
tapşırıqları xarici dilə tərcümə olunmuş hallarda da).
İştirakçılar üçün bir imtahanın ödənişi 50 lari təşkil edir. Ödəniş
“Gürcüstan Bankı”nın platformaları vasitəsilə həyata keçirilir:
onlayn ödəniş sistemi (bogpay.ge), internet bank (ibank.ge), mobil
tətbiq (mBank) və özünəxidmət terminalları.
Xüsusi imtahan şəraitinə ehtiyacı olan namizədlər qeydiyyat zamanı
müvafiq bölməni seçməli və 6 may saat 18:00-dək sağlamlıq
vəziyyətini təsdiq edən sənədi (forma N IV-100a) Qiymətləndirmə və
İmtahanlar üzrə Milli Mərkəzə və ya müvafiq təhsil resurs mərkəzinə
təqdim etməlidirlər.
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz bütün maraqlı
şəxsləri imtahanlarla bağlı detallarla diqqətlə tanış olmağa və
müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyə
çağırır”, – məlumatda qeyd olunub.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.