Tbilisidə “Trump Tower” tikiləcək – 70 mərtəbəli göydələn harada yerləşəcək – layihənin detalları
ABŞ prezidentinin, Donald Trampın ailəsinə məxsus The Trump Organization Gürcüstanın paytaxtında yerli tərəfdaşlarla birlikdə “Trump Tower” tikməyi planlaşdırır.

“Trump Tower” harada tikiləcək?
The Trump Organization-un rəsmi press-relizinə görə, 70 mərtəbəli premium sinif göydələn Mərkəzi Parkın (keçmiş hipodrom) yaxınlığında inşa ediləcək. Şirkət hesab edir ki, “Trump Tower Tbilisi” bütün Gürcüstanda ən hündür bina olacaq.

Məlumata görə, bu lüks göydələn dünyanın ən böyük memarlıq şirkətlərindən biri olan Gensler tərəfindən layihələndiriləcək və müxtəlif funksiyaları birləşdirən dinamik, çoxfunksiyalı mərkəz olacaq.

“Mərkəzi Park yaxınlığında yerləşməsi sayəsində ‘Trump Tower Tbilisi’ çoxfunksiyalı və dinamik təyinatlı mərkəz olacaq,
burada lüks rezidensiyalar, premium ticarət obyektləri, dünya səviyyəli restoranlar və yüksək həyat tərzi üçün lazım olan bütün şərait bir araya gətiriləcək.

Ultra-lüks həyat tərzi və memarlıq mükəmməlliyi standartları ilə tanınan Trump brendinin qlobal portfelinin bir hissəsi kimi bu göydələn Tbilisinin beynəlxalq investisiyalar, mədəniyyət və Avropa ilə Asiyanın kəsişməsində yüksək səviyyəli həyat mərkəzinə çevrilməsində mühüm rol oynayacaq.

Bu, Tbilisinin qlobal premium həyat üçün yeni simvolu olacaq”,
– deyə The Trump Organization-un məlumatında qeyd olunur.

Şirkət həmçinin bildirir ki, “Trump Tower Tbilisi” layihəsi Trump brendinin regionda ilk layihəsidir və Tbilisinin mühüm biznes mərkəzi kimi formalaşmasını, eləcə də Şərqi Avropa ilə Asiya arasında beynəlxalq biznes üçün “qapı” rolunu vurğulayır. Həmçinin şəhərin premium daşınmaz əmlak üzrə qlobal alıcılar arasında artan populyarlığı qeyd olunur.

“Trump Tower Tbilisi”nin yerli tərəfdaşları kim olacaq?
The Trump Organization-un icraçı vitse-prezidenti Erik Tramp bildirib ki, şirkət Gürcüstanda qlobal reputasiyaya malik keyfiyyət təqdim etməkdən məmnundur.

“Trump adı dünyada ən lüks daşınmaz əmlak layihələri ilə assosiasiya olunur və Trump Tower Tbilisi bu ənənənin davamıdır. Gürcüstana bu qlobal tanınmış keyfiyyət standartını gətirdiyimizə görə şadıq və bu layihə üzrə belə nüfuzlu və peşəkar developerlarla əməkdaşlıq etməkdən məmnunuq”, – deyə Erik Tramp qeyd edib.

Qeyd edək ki, Trump Organization Gürcüstanda göydələnin tikintisini beynəlxalq və yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində planlaşdırır. Rəsmi məlumata görə, layihənin tərəfdaşları Biograpi Living, Archi Group, The Sapir Organization, Blox Group və Finvest Georgia olacaq.

Layihə ilə bağlı əlavə detallar, o cümlədən memarlıq həlləri, dizayn və satış məlumatları yaxın aylarda açıqlanacaq.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google