İranda casusluq ittihamı ilə daha iki nəfər edam edilib
Aprelin 20-də İranda "İsraillə əlaqələr" və "casusluq" ittihamları ilə daha iki nəfər edam edilib.

İranın məhkəmə hakimiyyətinin "Mizan" xəbər agentliyi onların Məhəmməd Məsum Şahi və Həmid Validi olduğunu yazıb. Agentliyin iddiasına görə, onlar "İsrail kəşfiyyat əməkdaşları ilə əlaqə saxlayıb, kiberməkan, İraq Kürdüstan bölgəsinə səfərlər vasitəsilə onlardan təlim alıblar".

Məhkəmə orqanı edam olunan şəxslərin Tehranda iki
ictimai xidmət və hərbi mərkəzə hücum planlaşdırdıqlarını iddia edir.

Bu şəxslər "düşmən qruplar və İsraillə əməkdaşlıq", "milli təhlükəsizliyə qarşı toplaşma və sövdələşmə", "milli təhlükəsizliyi pozmaq məqsədilə cinayətkar terror qrupuna üzvlük" və "rejimə qarşı təbliğat"da ittiham olunublar.

Məhkəmənin detallarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. İnsan haqları qrupları uzun müddətdir İranda casusluq işləri üzrə məhkəmələrin ədalətli aparılmaması, işgəncə və məcburi etiraflarla bağlı narahatlıq bildiriblər.

Fevralın 28-də müharibə başlayandan İranda İsraillə əməkdaşlıq ittihamı ilə onlarla şəxs həbs edilib, yaxud edam olunub.

İnsan haqları təşkilatları son bir ildə İranda edamların sayının kəskin artmasından narahatlıq ifadə edirlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google