“İndi, diktator artıq açıq şəkildə oğlunu baş nazir
təyin etməyə və sülalə hakimiyyətini möhkəmləndirməyə
hazırlaşarkən,
keçmişi araşdırmağın vaxtıdırmı? Ya birlikdə olacağıq,
ya da ümumiyyətlə olmayacağıq!” – bu barədə
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə
yazır.
O, həmçinin əhali ilə görüşlər barədə əvvəlki paylaşımını
xatırladır və qeyd edir ki, “xalq arasında aktiv olan çoxlu
enerjili siyasətçilərin” ortaya çıxması
yaxşı olardı.
“Xalq arasında olma ilə bağlı paylaşımım bəzi şəxslər
tərəfindən nədənsə Nika Meliaya tənqid kimi qəbul edildi, halbuki
bu, hamıya aid idi. Mən Nika Melianı və onun göstərdiyi fədakarlığı
yüksək qiymətləndirirəm, eyni zamanda xalq arasında olan çoxlu
enerjili siyasətçilərin ortaya çıxması məni sevindirər.
Diqqətəlayiqdir ki, fikir ayrılıqlarını qızışdıranlar yenə də həmin
şəxslərdir – vaxtilə mənim zəhərlənməm nəticəsində yaranmış ağır
vəziyyətdən istifadə edib partiyanı iki yerə bölənlər. Bu, hər iki
tərəf üçün böyük səhv idi. Xoşbəxtlikdən, indi mütləq əksəriyyət
bunu anlayır və düzgün davranır.
İndi, diktator artıq açıq şəkildə oğlunu baş nazir təyin etməyə və
sülalə hakimiyyətini möhkəmləndirməyə hazırlaşarkən, keçmişi
araşdırmağın vaxtıdırmı? Ya birlikdə olacağıq, ya da ümumiyyətlə
olmayacağıq!” – deyə Mixeil Saakaşvili yazıb.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.