Gürcüstanda yanacaq yenidən bahalaşıb.
Konkret olaraq, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif
növ yanacağın qiyməti son bir həftə ərzində əlavə olaraq daha 10–30
tetri aralığında artıb.
Nəticədə, Yaxın Şərqdə müharibənin başlamasından bu günə kimi
Gürcüstanda yanacağın qiyməti 47 tetridən 1.24 lariyə qədər
yüksəlib.
Daha dəqiq təsvir üçün bu gün müxtəlif brend yanacaqdoldurma
məntəqələrində yanacağın qiymətlərini və mart ayından — ölkədə
bahalaşma başladığı vaxtdan bu günə kimi — qiymət fərqlərini təqdim
edirik.
(Qeyd: qiymətlər 2026-cı ilin 7
mart tarixi ilə müqayisə
olunub.)
Gulf
(Son bir həftədə 10–30 tetri artım; 7 martdan bəri artım 66
tetridən 1.24 lariyə qədər)
• G-Force Super – 4.19 lari (əvvəl 3.53), artım: 66 tetri
• G-Force Premium – 3.79 lari (əvvəl 3.07), artım: 72 tetri
• G-Force Euro Regular – 3.65 lari (əvvəl 2.97), artım: 68
tetri
• Euro Regular – 3.63 lari (əvvəl 2.92), artım: 71 tetri
• G-Force Euro Diesel – 4.37 lari (əvvəl 3.13), artım: 1.24
lari
• Euro Diesel – 4.27 lari (əvvəl 3.35), artım: 92 tetri
Wissol
(Son bir həftədə 10–17 tetri artım; 7 martdan bəri artım 64
tetridən 1.16 lariyə qədər)
• Eco Super – 4.18 lari (əvvəl 3.54), artım: 64 tetri
• Eco Premium – 3.78 lari (əvvəl 3.12), artım: 66 tetri
• Eco Diesel – 4.39 lari (əvvəl 3.23), artım: 1.16 lari
• Euro Diesel – 4.34 lari (əvvəl 3.18), artım: 1.16 lari
• Euro Regular – 3.63 lari (əvvəl 2.97), artım: 66 tetri
SOCAR
(Son bir həftədə 10–22 tetri artım; 7 martdan bəri artım 47
tetridən 1.16 lariyə qədər)
• Nano Super – 4.02 lari (əvvəl 3.55), artım: 47 tetri
• Nano Premium – 3.65 lari (əvvəl 3.11), artım: 54 tetri
• Nano Euro Regular – 3.49 lari (əvvəl 2.95), artım: 54 tetri
• Euro 5 Diesel – 4.14 lari (əvvəl 2.99), artım: 1.15 lari
• Nano Euro 5 Diesel – 4.24 lari (əvvəl 3.08), artım: 1.16 lari
Rompetrol
(Son bir həftədə 16–23 tetri artım; 7 martdan bəri artım 55
tetridən 1.17 lariyə qədər)
• Efix Super – 4.22 lari (əvvəl 3.59), artım: 63 tetri
• Efix Euro Premium – 3.78 lari (əvvəl 3.15), artım: 63 tetri
• Euro Regular – 3.59 lari (əvvəl 3.04), artım: 55 tetri
• Efix Euro Diesel – 4.32 lari (əvvəl 3.15), artım: 1.17 lari
• Euro Diesel – 4.27 lari (əvvəl 3.10), artım: 1.17 lari
Portal
(Son bir həftədə 10 tetri artım; 7 martdan bəri artım 55 tetridən
1.10 lariyə qədər)
• Super – 3.59 lari (əvvəl 2.99), artım: 60 tetri
• Premium – 3.49 lari (əvvəl 2.94), artım: 55 tetri
• Euro Regular – 3.29 lari (əvvəl 2.74), artım: 55 tetri
• Euro Diesel – 4.09 lari (əvvəl 2.99), artım: 1.10 lari
• Effektiv Diesel – 3.79 lari (əvvəl 2.84), artım: 95 tetri
Xatırladaq ki, 28 fevral tarixindən etibarən Yaxın Şərqdə baş verən
hadisələrə görə Hörmüz boğazı vasitəsilə nəqliyyat axını
çətinləşib. Halbuki dünya neft ehtiyatlarının təxminən beşdə biri
məhz Hörmüz boğazı ilə bazarlara çatdırılır.
Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açıq olsa
belə, neft təchizatı zəncirinin normallaşması aylarla vaxt apara
bilər ki, bu da qlobal enerji bazarlarında qiymət artımı təzyiqini
davam etdirəcək.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.