Mayın 6-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan
prezidenti İlham Əliyevə zəng edib.
Prezident Əliyev "X" hesabında bildirib ki, söhbət zamanı ölkələr
arasında münasibətlərin müsbət dinamikasından məmnunluq ifadə
olunub. Liderlər həmçinin Qəbələ görüşündə müzakirə edilən
məsələlərin icrası və ikitərəfli gündəlik ətrafında fikir
mübadiləsi aparıblar.
30 aprel
Bakıda sülh danışıqları? Kreml Zelenskinin təklifinə 'yox'
dedi
Rusiya hazırda Azərbaycanı Ukrayna ilə danışıqlar üçün meydança
qismində nəzərdən keçirmir. Bunu Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskov bildirib.
Bakının danışıqlar məkanı kimi seçilməsi təklifi ilə
Ukrayna
prezidenti Volodimir Zelenski Azərbaycana səfəri zamanı çıxış
etmişdi.
25 aprel
Zelenski: 'Rusiya ilə danışıqları Azərbaycanda aparmaq
istərdik'
Aprelin 25-də Qəbələdə Azərbaycan prezidenti İlham Əliyev ilə
Ukrayna prezidenti Volodimir Zelenskinin əvvəlcə təkbətək, daha
sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli
əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib, bu
səfərin əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliklərini
ifadə ediblər. Energetika, kənd təsərrüfatı və digər sahələrdə
əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Hökumətlərarası
Komissiyanın fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi
aparılıb.
Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi, o
cümlədən ukraynalı uşaqlara göstərilən xüsusi qayğını yüksək
qiymətləndirib və buna görə minnətdarlığını bildirib. Tezliklə bir
qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə Azərbaycana səfər
edəcəyi qeyd olunub.
Görüşün yekununda liderlər mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Əliyev vurğulayıb ki, siyasi dialoqla yanaşı, xüsusilə
energetika sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Dövlət başçısı
SOCAR-ın Ukraynadakı təcrübəsinə əsaslanaraq, yeni layihələr və
qarşılıqlı investisiyalar üçün böyük potensialın olduğunu bildirib:
"Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb
və bu göstəricinin daha da artırılması istiqamətində iş
aparılır".
Əliyev: Birgə silah istehsalı ilə bağlı geniş imkanlar
var
Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlıqla bağlı geniş fikir
mübadiləsi aparılıb və bu istiqamətdə böyük perspektivlər
mövcuddur.
"Həm Azərbaycanda, həm də Ukraynada hərbi
sənaye kompleksi inkişaf edir. Burada birgə istehsalla,
ümumiyyətlə, sənaye sahəsində əməkdaşlıqla bağlı geniş imkanlar
var. Bu gün sözügedən məsələlər ətrafında ətraflı müzakirələr
apardıq. Biz bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirmək
niyyətindəyik", - Əliyev bildirib.
V.Zelenski aprelin 25-də müxtəlif sahələri əhatə edən altı sənədin
imzalandığını diqqətə çatdırıb. O, təhlükəsizlik və müdafiə
sənayesinin əməkdaşlıq sahəsində prioritet istiqamətlərdən biri
olduğunu vurğulayıb:
"Ukrayna müharibə şəraitində öz
müqavimət gücünü nümayiş etdirib və bu təcrübəni Azərbaycanla
bölüşməyə hazırdır. Ekspertlərimiz artıq Azərbaycandadır və
həmkarlarına müvafiq dəstək göstərirlər. Biz bu tərəfdaşlığı
genişləndirərək birgə istehsal mərhələsinə keçmək
niyyətindəyik".
Zelenski, eyni zamanda, sülh istiqamətində göstərilən səylərin
müzakirə olunduğunu bildirib. Ukrayna prezidenti bu prosesdə
vasitəçilik edən tərəfdaşlara minnətdarlığını ifadə edib:
"Bizim üçtərəfli və digər formatlarda danışıqlarımız
baş tutdu. Görüşlərin bir qismi Türkiyədə, növbəti mərhələsi isə
amerikalı tərəfdaşlarımızın iştirakı ilə Cenevrədə keçirildi. Əgər
Rusiya tərəfi də diplomatiya yolunu seçərsə, biz danışıqları
Azərbaycanda aparmaq istərdik".
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya genişmiqyaslı hərbi
təcavüzə başlayıb. Bundan səkkiz il əvvəl isə Rusiya Ukraynanın
Krım yarımadasını işğal etmişdi. Yeni müharibə başlayandan sonra
Qərb ölkələri və bir sıra digər dövlətlər Rusiyaya qarşı
sanksiyaları genişləndiriblər. Azərbaycan bu sanksiyalara qoşulmasa
da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və ona
humanitar yardım göstərdiyini dəfələrlə bəyan edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.