Tramp: 'Epik Qəzəb' bitə bilər – İran qəbul etsə
ABŞ prezidenti Donald Tramp mayın 6-da bildirib ki, İran razılaşdırılmış şərtlərə tam əməl edərsə, ABŞ və İsrailin İrana qarşı müharibəsi başa çata, Hörmüz boğazı isə yenidən beynəlxalq gəmiçilik üçün açıla bilər.

"İran razılaşdırılmış şərtləri qəbul edərsə (ki, bu cəsarətli bir ehtimaldır), "Epik Qəzəb" əməliyyatı başa çatacaq... Razılaşmasalar, bombardmanlar başlayacaq və bu, əfsuslar olsun ki, əvvəlkindən çox
daha yüksək səviyyədə və intensivlikdə olacaq",
– Tramp "Truth Social"da yazıb.

Mayın 5-də Tramp İranla razılaşma yönündə "böyük irəliləyiş" əldə olunduğunu əsas gətirərək Hörmüz boğazında gəmilərin hərbi-dəniz müşayiəti əməliyyatının dayandırıldığını elan edib.

Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biridir. Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri Tehran boğazı faktiki olaraq bağlayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google