ABŞ və İran Fars körfəzində müharibəni yekunlaşdırmaq üçün
birsəhifəlik anlaşma memorandumu imzalamağa yaxındır.
"Reuters" agentliyi bu barədə həm vasitəçilik səyləri ilə tanış
olan Pakistandakı mənbəyə, həm də Vaşinqtondakı diplomatik
mənbələrə istinadən məlumat yayıb.
Mənbələr "Axios" nəşrinin daha əvvəl yaydığı məlumatları
təsdiqləyib. Nəşr öz mənbələrinə istinadən bildirmişdi ki,
Vaşinqton yaxın 48 saat ərzində bir sıra fundamental məsələlər
üzrə
İrandan rəsmi cavab gözləyir. Məlumatlı mənbələr vurğulayıblar ki,
tərəflər müharibə başlayandan bəri razılaşmanın əldə olunmasına ilk
dəfə bu qədər yaxınlaşıblar.
14 bənddən ibarət birsəhifəlik memorandumda hərbi əməliyyatlara son
qoyulması, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün yenidən
açılması və ABŞ sanksiyalarının ləğvi nəzərdə tutulur. Sənəddə
həmçinin İranın nüvə proqramının məhdudlaşdırılmasına dair növbəti
mərhələ danışıqlarının keçirilməsi əsas şərt kimi irəli
sürülüb.
İranın "Tasnim" agentliyi adını çəkmədiyi mənbəyə istinadən yazır
ki, Tehran ABŞ-nin son təklifinə hələ cavab verməyib, çünki sənəddə
İran üçün qəbuledilməz olan bəzi müddəalar yer alır.
İranlı deputat isə "Axios"un yazdıqlarını "Amerikanın arzu
siyahısı" adlandırıb.
"Amerikalılar uduzduqları müharibədə, üz-üzə
danışıqlarda əldə edə bilmədiklərini bu cür yollarla qazana
bilməyəcəklər", – İran parlamentinin üzvü İbrahim
Rezai X hesabında yazıb.
"Reuters" ABŞ və İran arasındakı son diplomatik gəlişmələr fonunda
neft qiymətlərinin son iki həftənin minimumuna endiyini bildirir.
"Brent" markalı neftin fyuçersləri 8.3 faiz ucuzlaşaraq bareli üçün
100.79 dollara düşüb. ABŞ-nin 'West Texas Intermediate' (WTI)
markalı nefti isə 8.9 faiz dəyər itirərək 93.15 dollar səviyyəsinə
geriləyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.