ABŞ prezidenti Donald Tramp İranla razılığın əldə olunma
ehtimalının yüksək olduğunu bildirib.
Bununla belə, o xəbərdarlıq edib ki, Tehran təklifi rədd edərsə,
hərbi əməliyyatlar yenidən bərpa oluna bilər.
Eyni zamanda, Tramp Pakistanın vasitəçiliyi ilə aparılan
danışıqların yaxşı irəlilədiyini bildirib.
"Onlar razılaşmaq istəyirlər. Son 24 saat ərzində çox
yaxşı danışıqlarımız olub və razılaşma əldə etməyimiz ehtimalı
böyükdür", – Tramp mayın 6-da Oval kabinetdə
jurnalistlərə deyib.
Daha sonra Corciyada Respublikaçılar Partiyasının mitinqinə
videomüraciətində Tramp müharibənin tezliklə başa çatacağını iddia
edib.
Tramp bundan əvvəl sosial şəbəkə hesabında İranın ABŞ təklifini
qəbul etməsi ehtimalını "böyük fərziyyə" adlandırmışdı. O, Tehranın
razılaşmanı rədd edəcəyi halda, ABŞ-nin yenidən bombardmana başlaya
biləcəyini vurğulamışdı.
"Reuters" vasitəçilik prosesindən xəbərdar olan mənbəyə istinadən
yazır ki, ABŞ-ni danışıqlarda Trampın xüsusi elçisi Stiv Uitkoff və
kürəkəni Cared Kuşner təmsil edir.
Mənbənin bildirdiyinə görə, hazırlanan birsəhifəlik memorandum hər
iki tərəf tərəfindən qəbul edilərsə, yekun razılaşmanın əldə
olunması üçün 30 günlük ətraflı danışıqlar prosesinə start
veriləcək.
Yekun razılaşma ABŞ və İranın Hörmüz boğazında tətbiq etdiyi
qarşılıqlı blokadaların aradan qaldırılmasını, ABŞ sanksiyalarının
ləğvini və İranın dondurulmuş vəsaitlərinin geri qaytarılmasını
nəzərdə tutur. Mənbənin sözlərinə görə, sənəd həmçinin İranın nüvə
proqramına müəyyən məhdudiyyətlərin qoyulmasını, o cümlədən uranın
zənginləşdirilməsinin dayandırılmasını və ya bu prosesə moratorium
tətbiq olunmasını əhatə edəcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.