Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanı iyunun 7-nə
təyin edilmiş parlament seçkiləri vasitəsilə baş nazir
Nikol Paşinyan hökumətini devirməyə cəhd göstərməkdə ittiham
edib.
Simonyan Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının aparıcı
üzvlərindən biridir. O, bu ittihamları həftəsonu Ermənistan İctimai
Televiziyasına verdiyi müsahibədə səsləndirib.
"Ermənistanın quberniyaya çevrilməsinə imkan
verməyəcəyik"
"Ukraynada öz maraqlarını hərbi yolla reallaşdırmağa
çalışırlar. Ermənistanda isə siyasi əməliyyat aparmağa, hakimiyyəti
ələ keçirməyə cəhd edirlər. Demokratiyamızdan özümüzə qarşı
istifadə etməyə çalışırlar. Deyirlər ki, "ölkənizdə internet
azaddır, biz o internetdə rubllarımızla o qədər reklam alarıq ki,
hər şey bizim olar'", – Simonyan deyib.
"Ermənistan Respublikasının quberniyaya çevrilməsinə imkan
verməyəcəyik, bizi Belarus kimi idarə edə
bilməyəcəklər", – o əlavə edib.
Moskva bu ittihamlara hələ reaksiya verməyib. Belarus Xarici İşlər
Nazirliyi (XİN) isə mayın 5-də Ermənistanın Minskdəki müvəqqəti
işlər vəkilini çağıraraq, Yerevanın "qeyri-dost addımları" ilə
bağlı ona etiraz notası təqdim edib. Nazirlik rəsmisi Simonyanın
açıqlamalarını "seçkiqabağı populizm" adlandırıb.
Ermənistan parlamentinin sədri mayın 6-da jurnalistlərə
açıqlamasında öz mövqeyini bir daha təkrarlayaraq
"Belarusun idarəetmə modeli ölkəm üçün
qəbuledilməzdir" deyib.
"Hakimiyyəti ələ keçirməyə cəhd edilir",
– deyən Simonyan Moskvaya ünvanlanmış ritorik hücumlarını davam
etdirib.
Bəyanatlar Yerevanda Avropa sammitləri fonunda
səslənib
AzadlıqRadiosunun erməni xidməti Simonyanın bəyanatlarının
Yerevanda keçirilən iki Avropa sammitindən əvvəl və sonra
səsləndiyinə diqqət çəkir. Ermənistan müxalifəti bu tədbirləri
Paşinyan və onun partiyasına seçkiqabağı dəstək nümayişi kimi
dəyərləndirir. Müxalifət liderlərinin iddiasına görə, Paşinyan
Ermənistanı Qərbin Rusiya ilə geosiyasi qarşıdurmasına sürükləyir
və bununla da ölkənin təhlükəsizlik risklərini daha da artırır.
Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Paşinyanla
görüşü zamanı Ermənistan hökumətinin Avropa İttifaqına
yaxınlaşmasının ölkə üçün ağır iqtisadi nəticələr doğura biləcəyinə
eyham vurub. Putin həmçinin Yerevanı iyunun 7-dəki parlament
seçkilərində "rusiyayönümlü" adlandırdığı müxalif qüvvələrin
iştirakına mane olmamaq barədə xəbərdarlıq edib.
Seçkilərdə iştirak edən üç müxalif blokun başında rusiyalı erməni
milyarder Samvel Karapetyan, Rusiyaya yaxın sayılan keçmiş
prezident Robert Koçaryan və digər nüfuzlu işadamı Qaqik Tsarukyan
dayanır. Paşinyanın siyasi müttəfiqləri onları "Rusiyanın
agentləri" adlandırırlar.
Paşinyan Putinlə son danışıqlarından sonra Rusiya-Ermənistan
münasibətlərindəki gərginliyi azaltmağa çalışıb. "Azatutyun"
Simonyanın kəskin açıqlamalarının bu gərginliyi yenidən alovlandıra
biləcəyini vurğulayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.