Qara dənizdə 2026-cı ildə artıq 81 gəmi yoxlanılıb — 15 hüquq pozuntusu aşkarlanıb
Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına görə, Qara dənizin mühafizəsi qurum üçün əsas prioritet istiqamətlərdən biri olaraq qalır.

Departamentin Qara dənizin Mühafizəsi üzrə Konvensiya İdarəsi suyun çirkləndirilməsinin azaldılması və qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Qara dənizdə fasiləsiz dövlət nəzarəti həyata keçirir.

Qurumun məlumatına əsasən, 2026-cı ildə artıq 81 gəmi yoxlanılıb və nəticədə 15 hüquq pozuntusu aşkarlanıb.
Onlardan 6-sında dənizin çirkləndirilməsi faktı qeydə alınıb.

Ətraf Mühitə Nəzarət Departamentinin qiymətləndirməsinə görə, son illərdə gəmilər tərəfindən dənizin neft məhsulları ilə çirkləndirilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Qurum bunu nəzarətin gücləndirilməsi, Qara dənizin Mühafizəsi üzrə Konvensiya İdarəsinin səmərəli fəaliyyəti və artırılmış cərimələrin preventiv təsiri ilə əlaqələndirir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google