Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin
İsani–Samqori Baş İdarəsinin əməkdaşları quldurluq,
girov götürmə və kompüter sisteminə qanunsuz daxilolma ittihamı ilə
əvvəllər dəfələrlə məhkum olunmuş, 1993-cü il təvəllüdlü Ş.Q.-ni
saxlayıblar.
İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs şərikləri
ilə birlikdə cari ilin mart ayında Rusiya Federasiyası
vətəndaşlarının mənzilinə hiylə yolu ilə daxil olub. Onlar soyuq
silahdan istifadə etməklə
və həyatlarına qəsd etməklə hədələyərək
mənzildə olan şəxslərin azadlığını qanunsuz şəkildə
məhdudlaşdırıblar, həmçinin onların pul və bahalı texnikasını ələ
keçiriblər və fiziki zorakılıq tətbiq ediblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər və
istintaq hərəkətləri nəticəsində hadisədən qısa müddət sonra
cinayətdə iştirak edən 7 nəfər saxlanılıb. Digər iştirakçıların
müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam
etdirilib.
İstintaq çərçivəsində cinayətdə iştirak edən daha bir şəxs — Ş.Q.
Qori bələdiyyəsində polis tərəfindən saxlanılıb.
Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 144-cü, 179-cu və
286-cı prim maddələri ilə aparılır. Həmin maddələr 14 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.