Tbilisidə quldurluq, girov götürmə və kiber cinayət ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani–Samqori Baş İdarəsinin əməkdaşları quldurluq, girov götürmə və kompüter sisteminə qanunsuz daxilolma ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş, 1993-cü il təvəllüdlü Ş.Q.-ni saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs şərikləri ilə birlikdə cari ilin mart ayında Rusiya Federasiyası vətəndaşlarının mənzilinə hiylə yolu ilə daxil olub. Onlar soyuq silahdan istifadə etməklə
və həyatlarına qəsd etməklə hədələyərək mənzildə olan şəxslərin azadlığını qanunsuz şəkildə məhdudlaşdırıblar, həmçinin onların pul və bahalı texnikasını ələ keçiriblər və fiziki zorakılıq tətbiq ediblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hadisədən qısa müddət sonra cinayətdə iştirak edən 7 nəfər saxlanılıb. Digər iştirakçıların müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilib.

İstintaq çərçivəsində cinayətdə iştirak edən daha bir şəxs — Ş.Q. Qori bələdiyyəsində polis tərəfindən saxlanılıb.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 144-cü, 179-cu və 286-cı prim maddələri ilə aparılır. Həmin maddələr 14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google