Amerikanın Newsweek nəşri “TrumpTower Tbilisi” layihəsinin
vizuallarını yayımlayıb və bildirib ki, layihə ilə bağlı yeni
detallar üzə çıxır.
Nəşrin məlumatına görə, Newsweek-ə təqdim olunan və tikinti
ərazisinin inkişafı üzrə hazırlanmış vizualların göstərdiyi kimi,
qüllə — üst hissəsində qızılı hərflərlə “Trump” yazısı olan bina —
paytaxtın mərkəzi hissəsində tikiləcək.
Məlumata əsasən, 70 mərtəbəli göydələnin investisiya dəyəri
2
milyard dollar təşkil edir.
Newsweek-in yazdığına görə, Gensler tərəfindən layihələndirilən
“Tbilisi Downtown” kompleksi 6 qüllədən ibarət olacaq və onların
mərkəzi hissəsini “TrumpTower Tbilisi” təşkil edəcək.
Layihə təxminən 600 000 kvadrat metr ərazidə həyata keçiriləcək və
biznes mərkəzi, lüks səviyyəli ticarət məkanları, yüksək
kateqoriyalı otel, iaşə və əyləncə obyektlərini özündə
birləşdirəcək.
“Layihə, Donald Trampın ailə biznesi tərəfindən həyata
keçirilən Trump Organization-ın qlobal genişlənməsinin növbəti
mərhələsidir. Nəzarət təşkilatı olan CREW-un yenilənmiş hesabatına
əsasən, Trampın ikinci prezidentlik müddətində şirkət dünya üzrə ən
azı 24 ‘Trump brendi’ layihəsinin planlaşdırılmasını, tikintisini
və açılışını həyata keçirməyi planlaşdırır”, – deyə
nəşr yazıb.
Xatırladaq ki, 18 aprel tarixində məlum oldu ki, Gürcüstanın
paytaxtında “TrumpTower Tbilisi” inşa ediləcək. Donald Trampın ailə
şirkəti 70 mərtəbəli premium səviyyəli göydələnin tikintisini yerli
tərəfdaşlarla birlikdə planlaşdırır.
Trump Organization-ın rəsmi press-relizinə əsasən, layihə Mərkəzi
Parkın (keçmiş hippodromun) yaxınlığında həyata keçiriləcək və
həmin göydələn Gürcüstanın ən hündür binası olmalıdır.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.