Lari ilə gəliri olan şəxslər xarici valyuta ilə 1 milyon lari ekvivalentindən az məbləğdə kredit götürə bilməyəcəklər

Banklarda ipoteka krediti götürmək şərtləri daha da sərtləşdirilir – məhdudiyyət hazırkı 750 000 lari həddindən 1 000 000 lariyə qədər artırılıb.


Gürcüstan Milli Bankının qərarına əsasən, 2026-cı il 1 iyul tarixindən etibarən gəliri milli valyutada – lari ilə olan Gürcüstan vətəndaşları üçün banklardan xarici valyutada kredit götürmək qaydaları daha da sərtləşəcək.

İyul ayından qüvvəyə minəcək
dəyişikliyə əsasən, gəliri lari ilə olan vətəndaş bankdan xarici valyutada borc götürə bilməyəcək, əgər ona lazım olan məbləğ 1 000 000 lari ekvivalentindən azdırsa.

“Maliyyə Sabitliyi Komitəsinin qərarı ilə əks olunmamış xarici valyuta kreditlərinin məhdudiyyət həddi 750 000 laridən 1 000 000 lariyə qaldırılıb. Dəyişiklik 2026-cı il 1 iyuldan qüvvəyə minəcək”, - Milli Bank yazır.

Məhdudiyyət 2017-ci ildən mərhələli şəkildə artırılıb
2025-ci il 1 avqustdan etibarən bu hədd 750 000 lari ekvivalentində müəyyənləşdirilmişdi. İndi limit 250 000 lari artırılıb.

Bundan əvvəl, 2025-ci il 1 yanvar–1 avqust tarixləri arasında məhdudiyyət 500 000 lari idi.
• Xarici valyutada kreditlərin məhdudlaşdırılması ilk dəfə 20 yanvar 2017-ci ildə tətbiq edilib və o zaman limit 100 000 lari idi;
• 23 yanvar 2019-dan isə 200 000 lariyə qaldırıldı;
• Daha sonra hədd 400 000 lari, 2025-ci ildən isə 500 000 lari olaraq müəyyənləşdirildi.

Lari ilə kreditlər daha bahadır
Banklarda avro və dollarla verilən kreditlərin faiz dərəcəsi, lari ilə olan kreditlərlə müqayisədə daha aşağıdır.

• Ipoteka kreditlərində illik effektiv faiz dərəcəsi laridə təxminən 15%-dən başlayır;
• Dollarla verilən kreditlərdə bu göstərici 10%-dən, yəni təxminən 1,5 dəfə aşağıdır;
• Avro ilə kreditlərdə isə faiz dərəcəsi daha da aşağıdır – 8%-dən başlayır.

Son şərtlər bank və müştəri arasında fərdi qaydada müəyyən edilir.

Bu qərar Milli Bankın 2026-cı il 6 may tarixində keçirilmiş Maliyyə Sabitliyi Komitəsinin iclasında qəbul olunub.

Həmin gün Milli Bankın Monetar Siyasət Komitəsi də monetar siyasət faiz dərəcəsinin (refinans dərəcəsinin) cüzi – 0,25 faiz bəndi artırılmasına qərar verib.
Son iki ildə refinans dərəcəsi 8% səviyyəsində saxlanılmışdı.

Milli Bank qərarı necə əsaslandırır
6 may tarixində yayılan məlumatda Milli Bank bildirir ki, Gürcüstanın maliyyə sistemi “sabitliyini qoruyur və iqtisadiyyata kredit verilməsini davam etdirir”.
• “Ötən il qlobal maliyyə şərtləri nisbətən sabit və əlverişli idi. Lakin Yaxın Şərqdə başlayan münaqişə qlobal maliyyə şərtlərinin müəyyən dərəcədə sərtləşməsinə səbəb oldu”;
• “Tarixi kontekstdə bu şərtlər yenə də nisbətən yumşaq qalır, lakin artan qeyri-müəyyənlik fonunda əmtəə bazarlarında şokların, qlobal inflyasiya gözləntilərinin yüksəlməsinin və maliyyə şərtlərinin daha da sərtləşməsi riskləri mövcuddur”;
• Bu şəraitə görə, xarici valyuta öhdəliklərinə tətbiq olunan müvəqqəti artırılmış ehtiyat norması əvvəlki səviyyəyə qaytarılıb və 5 faiz bəndi azaldılıb;
• “Milli Bank, sektorla koordinasiya şəraitində, makroiqtisadi mühitə və risklərə uyğun olaraq, həmçinin ehtiyat normasının dəyişməsinin mümkün təsirlərini nəzərə alaraq, dedollarizasiya üzrə uzunmüddətli planın həyata keçirilməsini davam etdirir”.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google