Ermənistanın yeni biometrik pasportundan Ağrı dağının təsviri
çıxarılıb.
Ermənilərin "Ararat" adlandırdığı bu dağ Türkiyə ərazisində
yerləşir.
Yeni pasportun səhifələri arasında Xor Virap monastırının şəkli
yerləşdirilib. 17-ci əsrə aid bu monastır Ağrı dağının fonundakı
mənzərəsi ilə tanınır. Pasportdakı təsvirdə isə monastır üfüqdə adi
dağların fonunda təqdim olunub. Tənqidçilər bunu Ağrı dağı rəsmi
sənəddə göstərməmək üçün "hiylə" adlandırıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni pasportlarda Xor Virap
monastırının təsviri ətrafındakı mübahisələrə toxunaraq deyib:
"Biz yürütdüyümüz siyasətə və uzun müddətdir müzakirə
etdiyimiz məsələlərə uyğun olaraq məhz belə bir perspektiv
seçmişik".
"Bu, Ermənistan Respublikasının pasportu olduğu üçün
Ermənistan Respublikasının ərazisini əks etdirir", –
Paşinyan bildirib.
Yeni biometrik pasportların bu ilin payızından dövriyyəyə
buraxılması nəzərdə tutulur.
Noyabrda Ağrı dağının təsviri sərhəd möhürlərindən
çıxarılıb
Ötən il noyabrın 1-dən etibarən Ermənistan dövlət sərhədi
möhürlərindən də Ağrı dağının təsviri çıxarılıb. Onun yerinə erməni
və ingilis dillərində "Ermənistan" sözləri, keçid məntəqəsinin adı,
sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü yazılır. Bu
addım ölkədə narazılıq yaradıb və hökumətə qarşı məhkəmə iddiası
qaldırılıb.
Müxalif siyasətçi Ayk Mamicanyan dağın təsvirinin pasport
möhürlərindən çıxarılmasını pisləyərək deyib:
"Paşinyanın Türkiyə və ya Azərbaycanı razı salmağa nə
qədər həvəsli olması insanı heyrətləndirir".
Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini bərpa edib.
Bakı və Yerevan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişini
paraflayıblar.
Türkiyə isə uzun illərdir Ermənistanın Ağrı dağını milli simvol
kimi istifadə etməsinə, o cümlədən bu təsvirin Ermənistanın dövlət
gerbində yer almasına etiraz bildirir.
Beynəlxalq Böhran Qrupunun baş analitiki Coşua Kuçera deyir ki, Xor
Virap təsviri Paşinyanın təşviq etdiyi "real Ermənistan"
narrativinin bir hissəsidir. Onun fikrincə, məqsəd ermənilərin
diqqətini mövcud sərhədləri aşan "tarixi Ermənistan" ideyasından
yayındırıb ölkənin sərhədləri daxilindəki məsələlərə
yönəltməkdir.
Növbəti hədəf gerb ola bilərmi
AzadlıqRadiosunun vizual jurnalisti Amos Çappl yazır ki,
Ermənistanda bəziləri Paşinyan hökumətinin Ağrı dağı və Nuhun
gəmisi təsvir olunan dövlət gerbini hədəf alacağından ehtiyatlanır.
Xristianlıqdakı geniş yayılmış inanca görə, Bibliyada bəhs edilən
böyük tufandan sonra Nuhun gəmisi məhz Ağrı dağının zirvəsinə
enib.
2023-cü ildə Paşinyan gerbi "tarixi Ermənistan" ilə "real
Ermənistan" arasındakı ziddiyyəti yanşatdığına görə tənqid
etmişdi.
Ermənistan baş nazirinin keçmiş müttəfiqi Edmon Marukyan bildirib
ki, 2025-ci ildə Ağrı dağının pasport möhürlərindən çıxarılması
gələcəkdə dövlət gerbinin dəyişdirilməsinə hazırlıq ola bilər:
"Onu dəyişmək üçün konstitusiya və qanunvericiliyə
düzəlişlər edilməlidir. Biz vətəndaşlar olaraq buna dözməyə
hazırıqmı?".
AzadlıqRadiosunun erməni xidməti apreldə Paşinyandan Ağrı dağının
gerbdən çıxarılması ehtimalı barədə soruşub.
Baş nazir "Mən belə
bir məsələ qaldırmıram" cavabını verib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.