Macarıstan 'Oşşadbank'ın pul və qızılını Ukraynaya qaytarıb
Macarıstan "Oşşadbank"a məxsus olan və bu ilin martında inkassatorlardan müsadirə etdiyi nağd vəsaitləri və qızıl külçələrini Ukraynaya qaytarıb.

Ukrayna prezidenti Volodimir Zelenski bu addımı ölkələr arasındakı münasibətlərdə "mühüm addım" kimi qiymətləndirib və Macarıstana "konstruktiv və sivil" yanaşmaya görə təşəkkür edib.

Martın 5-də Macarıstan xüsusi xidmət orqanları Avstriyadan Ukraynaya nağd valyuta və qızıl daşıyan iki inkassator
maşınını saxlamışdı. Avtomobillərdə 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl olub. Macarıstan tərəfi yeddi Ukrayna vətəndaşını saxlayaraq onları çirkli pulların yuyulmasında ittiham etsə də, sonradan həmin şəxslər Ukraynaya təhvil verilmişdi.

9 mart
Ukrayna Macarıstandan pulları və qızıl külçələrini tələb edir

Ukrayna Macarıstandan ukraynalı inkassatorlar saxlanılarkən müsadirə edilən pul və qızıl külçələrinin qaytarılmasını tələb edir. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa baş verənləri "misli görünməmiş dövlət banditizmi" və "reket aktı" adlandırıb.

"Bu pullar Macarıstana və ya onun hökumətinə məxsus deyil; onlar Ukraynanın "Oşşadbank" dövlət bankına, deməli, Ukrayna vergi ödəyicilərinə məxsusdur", – nazir X sosial şəbəkəsində yazıb.

Daha öncə "Oşşadbank" da Macarıstandan inkassator avtomobillərini və "qanunsuz ələ keçirilmiş" qiymətli əşyaların qaytarılmasını tələb edib. Qurum bildirib ki, daşınma "Oşşadbank" ilə Avstriyanın "Raiffeisen" bankı arasında beynəlxalq razılaşma çərçivəsində həyata keçirilib və yük beynəlxalq daşınma qaydalarına, Avropa gömrük prosedurlarına uyğun rəsmiləşdirilib.

Budapeştdə Terrorla Mübarizə Mərkəzinin qərargahı.

"Bu pullar hara gedir, kimə məxsusdur?"
Macarıstanın Vergi və Gömrük İdarəsinin məlumatına görə, Avstriyadan Ukraynaya pul və qızıl daşımaq üçün nəzərdə tutulan iki zirehli avtomobil və inkassatorlar çirkli pulların yuyulması işi ilə əlaqədar saxlanılıb. "Bu pulların Ukraynanın hərbi mafiyasına məxsus olub-olmaması sual doğurur", – Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. O sual edib ki, əgər bu banklararası əməliyyat idisə, niyə adi bank köçürməsi kimi həyata keçirilməyib: "Bu pullar hara gedir, kimə məxsusdur?"

Saxlanılanlar arasında Ukrayna kəşfiyyatının keçmiş generalının olduğu iddia edilir. İlkin qənaətə görə, sözügedən daşınmanı məhz o təşkil edib. Macarıstan hökumətinin sözçüsü deyib ki, bu şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalıdır, onun müavini isə Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş mayoru olub.

Macarıstan hakimiyyəti iddia edir ki, bu ilin əvvəlindən bəri onun ərazisi ilə Ukraynaya azı 900 milyon dollar, 420 milyon avro və 146 kiloqram qızıl külçəsi daşınıb. Siyarto deyib ki, bu pulköçürmələri ilə bağlı Ukraynadan dərhal cavab və izahat tələb edir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google