Latviyada dron həyəcanı: Ukrayna PUA-sı neft bazasına çırpılıb
Mayın 7-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya 102 dron buraxıb, onlardan 92-si zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Mayın 7-də səhər Rusiya istiqamətindən gələn iki dron Latviyanın hava məkanına keçərək sərhəd yaxınlığında yerə düşüb. Bu barədə "Delfi" nəşri ölkənin Milli Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

İnsident Ukrayna dronlarının Rusiyadakı hədəflərə zərbələr endirdiyi bir vaxtda qeydə alınıb. Latviyanın müdafiə naziri Andris Spruds LSM telekanalına deyib ki, ilkin ehtimala görə, bu dronlar Ukrayna tərəfindən Rusiyada hədəfləri vurmaq üçün buraxılıb. Nazir əlavə edib ki, hadisə ilə əlaqədar NATO-nun Baltikyanı ölkələr üzrə hava patrulu missiyasının qırıcıları havaya qaldırılıb.

Latviyanın Dövlət Yanğın və Xilasetmə Xidməti Rezekne şəhərindəki neft bazasında mümkün yanğınla bağlı bir neçə məlumat aldığını açıqlayıb. Xilasedicilər ərazidə açıq yanğın
qeydə almasalar da, zədələnmiş çənlərdən birində soyutma işləri aparıblar. Yerli rəsmi dronlardan birinin "East-West Transit" şirkətinin filialının ərazisində boş neft çəninə çırpıldığını deyib.

Latviya şərqdə Rusiya və Belarusla həmsərhəddir. Gecə saatlarında sərhədyanı bölgələrin sakinlərinə hava məkanı ilə bağlı mümkün təhlükə ilə bağlı mobil xəbərdarlıqlar göndərilib. Şahidlər səmada mühərrik səsləri, qığılcım və partlayışa bənzər güclü gurultu eşitdiklərini bildiriblər.

Latviyaya düşən ikinci dron hələ də axtarılır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google