İsrail Beyrutda 'Hizbullah' komandirinin öldürüldüyünü bildirir
İsrail ordusu mayın 6-da Beyruta endirilən hava zərbəsi nəticəsində "Hizbullah"ın elit 'Radvən' bölməsinin komandirlərindən biri - Əhməd Qalib Balutun öldürüldüyünü bəyan edib. Bu, ötən ay atəşkəs razılaşması əldə olunandan bəri İsrailin Livan paytaxtına endirdiyi ilk hava hücumudur. "Hizbullah" hələlik bu xəbəri təsdiqləməyib.

"Hizbullah" Livanın cənubunda geniş ərazilərə nəzarət edən həm silahlı qruplaşma, həm də siyasi partiyadır.
ABŞ onu bütövlükdə terror təşkilatı hesab edir, Avropa İttifaqı isə yalnız qruplaşmanın silahlı qanadını qara siyahıya salıb.

Apreldə İsrail və "Hizbullah" arasında atəşkəs əldə edilib. Aprelin 23-də atəşkəsin üç həftə uzadıldığı açıqlanıb. Buna baxmayaraq, İsrail qüvvələri Litani çayından cənubdakı mövqelərini qoruyur və Livanın cənubuna zərbələr endirməyə davam edir.

İranın müttəfiqi olan "Hizbullah" isə bu hücumlara cavab olaraq İsrail hərbçilərinin mövqelərinə doğru raketlər və kamikadze-dronlar buraxır.

İsrail ordusu mayın 6-da Litani çayının şimalında yerləşən bir neçə kəndin sakinlərini ərazini tərk etməyə çağırıb. "Reuters" yazır ki, bu, İsrailin hərbi fəaliyyət zonasını genişləndirə biləcəyinə dair siqnal kimi qiymətləndirilir.

İsrail və Livan arasında danışıqlar hazırda əsasən səfirlər səviyyəsində aparılır.

Livanın baş naziri Nəvaf Salam mayın 6-da bildirib ki, iki ölkə arasında yüksəksəviyyəli görüşlər barədə danışmaq üçün hələ tezdir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri davam edən hərbi əməliyyatlar nəticəsində ölkədə 2 min 700-dən çox insan həlak olub.

İsrail ordusu isə "Hizbullah"ın həmin tarixdən etibarən İsrail ərazisinə yüzlərlə raket və dron buraxdığını bildirir. İsrail tərəfi Livanın cənubundakı döyüşlərdə 17 hərbçisinin, ölkənin şimalında isə iki mülki şəxsin həlak olduğunu açıqlayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google